Veysəloğlu Şirkətlər Qrupu
Sistem İnzibatçısı
Son tarix 15 fev 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbənin məsul işçiləri tərəfindən ona həvalə olunan tapşırıqları icra etmək
- Qəbul edilmiş standart, qayda və prosedurlara uyğun olaraq işlərini planlaşdırmaq, icra etmək
- Bulud və Lokal informasiya sistemlərini, servislərinin dəstəklənməsi və inzibatçılıq işlərini yerinə yetirmək
- Server infrastrukturuna və informasiya resurslarına nəzarət və təkmilləşmə işlərində dəyişikliklərin idarə olunması prosesini və icra mexanizmlərini tətbiq etmək
- Zərurət olduqda test serverlər yaratmaq və dəstəklənməsinə nəzarət etmək
- Serverlərin elektron arxivləşmə işini təşkil və nəzarət etmək
- Server avadanlıqlarının, virtual serverlərin, sistemlərinin texniki dəstəyini həyata keçirmək
- Elektron poçtun daimi işləməsini təmin etmək
- Server infrastrukturunda insidentlərin diaqnostikası və aradan qaldırılmasında iştirak etmək
- Serverlərin və informasiya sistemlərinin fasiləsiz fəaliyyəti üçün Şirkətin Ehtiyat Mərkəzlərində işin təşkilində iştirak etmək
- İnformasiya sistemlərinin ehtiyat sürətlərinin çıxarılması, testi və bərpasına nəzarət etmək
Tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi)
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür
- RHСSA, MCSA, VCTA üzrə biliklər və inzibatçı olaraq ən azı 2 illik iş təcrübəsi;
- Bulud Sistemləri ( Azure Cloud, O365) üzrə biliklər və inzibatçı olaraq ən azı 2 illik iş təcrübəsi;
- Server, Workstation və Şəbəkə avadanlıqları üzrə ümumi bilik və iş təcrübəsi;
- Tapşırıqların texniki həllinə analitik yanaşmaq bacarığı;
- Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;
- Server/storage avadanlıqlarla işləmə bacarığı və idarə edilməsi(MultiVendor)
- Backup” sisteminin idarə ediməsi (Veeam Backup-Deduplication);
- Windows Server üzrə biliklərin olması (AD, DNS, File Server, DFS, Terminal Services)
- Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi - Active Directory, Group policy;
- Server update repository-lər ilə iş təcrübəsi -WSUS;
- Şəbəkə üzrə ilkin biliklər (IP, DNS kimi)
- İnformasiya təhlükəsizliyi prinsipləri haqqında ilkin biliklər;
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Sistem inzibatçısı” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.