Veysəloğlu Şirkətlər Qrupu
Biznes Analitik
Son tarix 18 noy 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Biznes tələblərinin toplanması və təhlili: Şirkətin iş prosesləri və tələblərini anlamaq, sistemin inkişafı üçün biznes tələblərini toplamaq.
- Tələblərin sənədləşdirilməsi: Biznes tələblərinin texniki tələblərə çevrilməsi, detallı spesifikasiyaların hazırlanması.
- Sistem analizi və dizaynı: Mövcud sistemlərin təhlili, yeni sistem dizaynı və tətbiq olunacaq həll yollarının təklif edilməsi.
- Komanda ilə əməkdaşlıq: Proqramçılar, layihə menecerləri və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək.
- Test proseslərinə dəstək olunması: Yeni həllərin və sistemlərin test edilməsi üçün ssenarilərin hazırlanmasına və test proseslərinə dəstək.
- Layihə idarəetməsi dəstəyi: Layihə müddətində irəliləyişin izlənilməsi, risklərin və problemlərin həlli üçün dəstək vermək.
- Biznes ilə kommunikasiya: Bizneslə əlaqə quraraq onların tələblərini və gözləntilərini müəyyənləşdirmək və müvafiq həll yolları təklif etmək.
Tələblər:
- Təhsil: Kompüter elmləri, İnformasiya Texnologiyaları, Biznes Administrasiyası və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi.
- Təcrübə: IT Biznes Analist vəzifəsində ən azı 2+ il iş təcrübəsi.
- Analitik bacarıqlar: Məlumatların analiz edilməsi, proseslərin optimallaşdırılması və sistemlərin işləmə mexanizmlərinin dərin təhlil bacarığı.
- Proses modelləşdirilməsi: BPMN, UML kimi modelləşdirmə texnologiyaları üzrə biliklər (arzuolunandır).
- Proqram təminatı bilikləri: Agile, Scrum və ya digər metodologiyalarla layihə idarəetmə alətləri ilə tanışlıq.
- Texniki biliklər: SQL, API-lərlə işləmə təcrübəsi, ERP və CRM sistemləri barədə biliklər.
- Kommunikasiya bacarıqları: Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, biznes tərəflər və texniki komandalar arasında vasitəçilik etmək.
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlük təşkil edir.
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Biznes Analitik” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.