Veysəloğlu Şirkətlər Qrupu
Planlama və Koordinasiya üzrə aparıcı mütəxəssis
Son tarix 25 avq 2024 - [email protected]
Öhdəliklər:
Vəzifə öhdəlikləri:
- Layihə Planlaşdırılması:
- Layihənin icra mərhələlərini, fəaliyyət planını və vaxt cədvəlini (Gant chart) hazırlamaq.
- Resursların (maliyyə, insan, materiallar) təyini və paylanmasını həyata keçirmək.
- Gecikmə risklərinin idarə olunması üçün alternativ həllərin təklif edilməsi.
- Koordinasiya:
- Layihənin bütün iştirakçıları (mühəndislər, memarlar, podratçılar, işçilər və s.) arasında əlaqələndirmə işlərini aparmaq.
- Layihənin vaxtında və büdcə daxilində tamamlanması üçün müvafiq hesabatları təqdim etmək.
- İşlərin plan üzrə getməsini və kritik məqamlarda təhvil təslimlərin edilməsini koordinasiya etmək.
- Kommunikasiya:
- Layihə ilə əlaqədar iclaslar təşkil etmək və əlaqədar şəxslərə icrası gözlənən işlərin və layihənin ümumi statusu barədə məlumat vermək.
- Proqres və yekun nəticələr barədə müntəzəm hesabatlar təqdim etmək.
- Sənədləşmə və Hesabatlılıq:
- İnşaat işlərinin irəliləməsini izləmək və hesabatlar hazırlamaq.
- Layihə ilə əlaqədar sənədləri (planlar, müqavilələr, icra aktları və s.) arxivləmək
- Layihə prosesinin və nəticələrinin raporlanmasını həyata keçirmək.
Ümumi tələblər:
- Proqram bilikləri: Microsoft Project və ya Primavera P6 əla səviyyədə.
- Dil bilikləri: İngilis dili(yaxşı) rus dili (üstünlükdür)
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti.
- Cari vəzifədə minimum 3-5 il iş stajı
Maraqlananlar vakansiya ilə bağlı cv-lərini “Planlama və Koordinasiya üzrə aparıcı mütəxəssis” başlığı altında [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.