Veysəloğlu MMC
Operator
Son tarix 14 may 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Anbara qəbul olunan şəkər tozu, dənli və paxlalı məhsulların yoxlanaraq depolanmasını təşkil etmək;
- Anbarda depolanan məhsulların mütəmadi olaraq yoxlanılmasını həyata keçirmək;
- Zərərvericilərlə yoluxmuş məhsulları aşkar etmək və üst rəhbərinə məlumat vermək;
- Fumiqasiya prosesindən keçmiş məhsulların zərərvericilərdən təmizlənməsi üçün təmizləmə cihazından istifadə etmək;
- Təmizləmə cihazından istifadə edərək məhsulların onlara xas olmayan qırıntılardan, qalıqlardan, kənar maddələrdən təmizlənməsini həyata keçirmək;
- Təmizləmə prosesindən keçmiş məhsulları yenidən kisələrə doldurulması, tərəzidə ölçülməsi və kisələrin tikiş makinası ilə tikilməsini həyata keçirmək;
- Gündəlik, həftəlik və aylıq olaraq fumiqasiya və təmizləmədən keçmiş məhsulların hesabatlılığını tutmaq və üst rəhbərinə təqdim etmək.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Qida sahəsi üzrə istehsalat təcrübəsi arzuolunandır;
- Cəld, dəqiq və məsuliyyətli olmalı;
- Vaxtın səmərəli idarəedilməsi bacarığı;
İş şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Operator” qeyd etməklə [email protected] və ya https://karyera.veyseloglu.az/ elektron poçt ünvanına göndərə bilərlər.