Veysəloğlu MMC
Arxivçi
Son tarix 27 okt 2024 - [email protected]
Şirkət: “Veysəloğlu” MMC
Funksiya: İnsan Resursları və Korporativ Kommunikasiyalar direktorluğu/ Sənədlərin idarə olunması və arxiv əməliyyatları bölməsi
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İşin Təsviri: Şirkətin sənəd dövriyyəsinin sistemləşdirilməsi, saxlanılması, məxfiliyin qorunması və axtarışların həyata keçirilməsi.
Vəzifə öhdəlikləri:
- Arxivə təhvil verilən sənədləri (təlimatlara uyğun olaraq) qəbul edən zaman aktla təhvil-təslim etmək; Aktda qeyd edilən sənədləri əsli ilə üzləşdirmək;
- Qəbul edilmiş sənədlərin arxivdə yerini təyin etmək və yerləşdirmək;
- Arxivdə yerləşdirilmiş sənədlərin yerini arxiv proqramında qeyd etmək;
- Arxivdə saxlanma müddəti bitmiş sənədləri ayırmaq və onları prosedur qaydalarına uyğun olaraq məhv etmək;
- İş yerinin və sənədlərin saxlandığı arxiv otaqlarının təmizliyi və səliqəliliyini lazımi səviyyədə saxlamaq;
- Vəzifə fəaliyyətindən irəli gələn məsələlər haqqında müdiriyyət qarşısında çıxış etmək, rəhbərliyin verdiyi yazılı və şifahi göstərişləri yerinə yetirmək;
- Ezamiyyədə olduğu zaman vəzifə təlimatından irəli gələn tələbləri icra etmək, iş sistemi ilə bağlı və digər pozuntu halları aşkarlandıqda birbaşa rəhbərini məlumatlandırmaq;
- Sənədlərin saxlanma və texniki-təhlükəsizlik qaydalarının pozulması aşkar edildikdə dərhal rəhbərliyinə məlumat vermək;
- Şirkətin mənafeyinin qorunması məqsədi ilə məlumatların məxfiliyini qorumaq;
- Struktur bölmələrinə sənədlərin prosedur qaydalarına uyğun surətlərinin, ehtiyac olduqda isə əsillərinin verilməsini təmin etmək;
- Arxiv işi üçün nəzərdə tutulmuş texnologiya və proqramlardan istismar və istifadə qaydalarına əməl etmək.
Tələblər:
- Şirkətin sənədləri ilə işləmək bacarığı;
- Kompüter və arxiv avadanlığı ilə işləmək bacarığı, ofis proqramları bilikləri;
- Komandada işləmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Arxivçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
İR əmək haqqı üzrə mütəxəssis
Son tarix 27 okt 2024 - [email protected]
Şirkət: “Veysəloğlu” MMC
Funksiya: İnsan Resursları və Korporativ Kommunikasiyalar direktorluğu/İnsan Resursları Əməliyyatları Şöbəsi
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Şirkət əməkdaşlarının aylıq əməkhaqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) davamiyyət cədvəllərinə əsasən hesablanmasını təmin etmək və vaxtında ödənilməsi üçün müvafiq funksiyaya yönləndirmək
- İşçilərin məzuniyyət haqlarını, kompensasiyaları, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsini təmin etmək
- Akt, icra və aliment tutulmalarını icra etmək
- Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişlərin hesablanmasını həyata keçirmək və vaxtında ödənilməsini təmin etmək
- Əmək haqqı kartlarının sifarişi və əməkdaşlara təhvil verilməsi
- Vəzifə dərəcələndirmə, əməkhaqqı və bonus sistemlərini qurmaq və dəyişikliklərin edilməsini həyata keçirmək
- Əməkhaqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq
- İş proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və bu proseslərin reallaşdırılmasında iştirak etmək
- Əmək haqqı təlimatlarının hazırlanmasını təmin etmək və onların optimallaşdırılmasına dəstək olmaq
- Əmək haqqı üzrə büdcə və proqnozlarının hazırlanmasında iştirak etmək
- Şirkət üzrə əməkhaqqı büdcəsindən istifadəyə aylıq olaraq nəzarət etmək
- Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi biliyi
- Yüksək səviyyədə Azərbaycan (İngilis və Rus dilləri arzuolunandır)
- Yüksək səviyyədə MS Office biliyi (Excel, PP, Word)
- SAP və Bənzər ERP proqaramlarından istifadəetmə bacarığı
- Güclü analitik və problem həll etmə bacarığı
- Yüksək səviyyədə kommunikasiya bacarığı (şifahi və yazılı)
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
İş qrafiki:
- Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İR əmək haqqı üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Middle Software Developer (Backend)
Son tarix 26 okt 2024 - [email protected]
Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun #dinamik iş mühitində #perspektivli iş təklif edirik.
Vəzifə öhdəlikləri:
- Sistem tələblərini təhlil etmək və tapşırıqları prioritetləşdirmək;
- Mövcüd kodu nəzərdən keçirmək və təkmilləşdirmək;
- Texniki sənədlərin və prosedurların yaradılmasında iştirak etmək;
- Layihənin texniki komandası ilə işlərin təşkilində aktiv iştirak etmək;
Tələblər:
- 2+ il Software engineering üzrə təcrübə, infrastruktur, məlumat bazalarına dair biliklərə üstünlük verilir;
- NET environment and .NET Core Stack tech – (e.g. ASP.NET/MVC, WEB API, EF, EF Core) üzrə təcrübə;
- Git texnologiyaları üzrə təcrübə;
- MSSQL (T-SQL) üzrə təcrübə;
- Algorithm Design,Algorithm optimization üzrə təcrübə;
- OOP, AOP, OOAD, OO Epistomology, Software Design, Enterprise Design, Design Patterns və SOLID üzrə təcrübə;
- Test Driven Development, Domain Driven Design üzrə təcrübə;
- Memory optimization üzrə təcrübə;
- Microsoft Azure texnologiyaları üzrə təcrübə arzuolunandır.
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Middle Software Developer (Backend)” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.