Veysəloğlu MMC
Ticari Marketinq üzrə Menecer
Son tarix 06 iyn 2024 [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Vəzifə funksiyaları:
- Ticari Marketinq Strategiyalarının həyata keçirilməsində, o cümlədən kampaniyalar, tanıtımın izlənilməsi, displeylər, mağazadaxili brendinq və digər əlaqəli funksiyalarda iştirak etmək
- Azərbaycan bazarına yönəlmiş məhsul kateqoriyalarında və bazarda formalaşan yeni məhsul kateqoriyalarında müəyyən edilmiş biznes məqsədlərinə nail olmaq üçün Ticari Marketinq Strategiyasının inkişafı üçün planlamada iştirak etmək
- Ərazi ziyarətləri- POS (satış nöqtəsi) üzrə rəqiblərin fəaliyyətinin, qiymət strategiyasının, cari promosyonların və stok səviyyəsinin monitorinqi
- Stokların hərəkətinə nəzarət etmək, yavaş hərəkət edən və ya müddəti bitən məhsullar və ya promosyonlar üzrə ticari planlamalar hazirlayib satış komandasina təklif etmək,
- KA və ənənəvi ticarət kanalı müştəriləri üçün hər bir brend menecerlə (planoqram, tanıtım, ticarət, kommunikasiya) kommunikasiyani təşkil etməklə kateqoriyanı idarə etmək
- BTL fəaliyyətlərinin həyata keçirilməsi (promouterlərin iş fəaliyyətinə nəzarət və hədəflərin təyin edilməsi,dadım aksiyaları, tanitim tipli hədiyyəli aktivliklər və s. planlanması və icrasina nəzarət)
- Ticari təkliflərin və istehlakçı təkliflərinin proqnozlaşdırılması və razılaşdırılmış dövrü planlaşdırma təqviminə uyğun olaraq tələbin planlaşdırma komandasına ötürülməsi
- Ticari aktivliklər üzrə təxmini satışlara nail olmaq üçün satış meneceri ilə mütəmadi əlaqə saxlamaq
Vəzifə tələbləri:
- Ali təhsil
- Satışda 7il və daha çox iş təcrübəsi
- Ticari marketing üzrə təcrübə
- Azərbaycan və ingilis dillərində sərbəst bilmək;
- Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
- Kommunikasiya və təqdimetmə bacarığı;
- Microsoft Office proqramlarını bilmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma
- Nahar ilə təmin edilmə
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Ticari Marketinq üzrə Menecer” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Satış Müdiri
Son tarix 06 iyn 2024 [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Vəzifə funksiyaları:
- Supermarketlər şəbəkələri üzrə inkişaf strategiyasının hazırlanması
- Şəbəkələr üzrə fabrik və kateqoriyaların planlarının hazırlanması və təqibi
- Şəbəkə Supermarketləri üzrə aidiyyatı kateqoriyalar üzrə görüşlərin təşkil olunması
- Listing və delisting prosesslərinin aparılması
- Şəbəkə supermarketlər üzrə aktivliklərin razılaşdırılması
- Satış nöqtələrinin yeni kampaniyalar, aksiyalar barədə məlumatlandırılmasını yoxlamaq
- Şirkətin keyfiyyət siyasətinə əməl edərək, müştərilərin istəkləri, şikayətləri və qiymət dəyişiklikləri barəsindəki tələbləri haqqında funksional rəhbərini məlumatlandırmaq
- Rəqib şirkətlər haqqında zamanında və dolğun məlumat toplamaq
- Şirkətdaxili qayda, prosedur və təlimatlara riayət etmək
- Şirkət tərəfindən müəyyən edilmiş plana əsasən məhsulların satışını təmin etmək
Vəzifə tələbləri:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi
- Azərbaycan və ingilis dillərində sərbəst bilmək;
- Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
- Kommunikasiya və təqdimetmə bacarığı;
- Microsoft Office proqramlarını bilmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
- Servis xidməti
- Nahar ilə təmin edilmə
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Satış Müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.