Veysəloğlu MMC
Biznes İnkişaf Şöbə Müdiri
Son tarix 08 yan 2024 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə funksiyaları:
- Bazar analizlərinin (mal növləri-qiymətlər-trendlər-dəyişimlər) mütəmadi aparılması;
- Satış həcmi qazana biləcəyimiz kateqoriya və bazarların araşdırmasını etmək;
- Marka/məhsul performansını müşahidə edərək təhlil etmək;
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təkliflərini hazırlamaq;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunmasını təmin etmək;
- Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək;
- Fəaliyyəti ilə əlaqədar digər struktur bölmə vahidləri ilə koordinasiyanı təşkil etmək;
- Şirkətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına əməl olunmasına nəzarət etmək;
- Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olumuş planların icrasını təmin etmək;
- Müsair satış kanalları və satış imkanlarını tətbiq etmək;
- Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq satış komandasının işinə nəzarət etmək;
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təşkil etmək;
- Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
- Şirkətin strategiyası istiqamətində çalışmaq;
Vəzifə tələbləri:
- Ali təhsil
- Azərbaycan rus və ingilis dillərində sərbəst bilmək;
- Satış sahəsi üzrə minimum 5 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
- Kommunikasiya və təqdimetmə bacarığı;
- Microsoft Office proqramlarını bilmək;
- Komanda idarəetmə təcrübəsi 3 il;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma
- Nahar ilə təmin edilmə
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes İnkişaf Şöbə Müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Biznes Analizi üzrə Aparıcı Mütəxəssis
Son tarix 08 yan 2024 [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
İşin təsviri: Biznes hesabatların hazırlanması və analiz olunması
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Vəzifə öhdəlikləri:
- Biznes strukturları üçün müxtəlif növ hesabatların hazırlanması:
- Məlumat bazalarından əldə edilən datanın təmizlənməsi, keyfiyyətinin, dəqiqliyinin və ardıcıllığının təmin edilməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi;
- Təkmilləşdirilməsinə ehtiyac olan hesabatların müəyyən edilməsi və araşdırılaraq nəticə barəsində məlumatların təqdim olunması və hesabatların avtomatlaşdırılması;
- Biznes strukturlarının tələblərinə uyğun dataların toplanması, təhlil və layihə menecmenti ilə analitik dəstəyin göstərilməsi;
- Datanın şərh edilməsi, statistik metodlardan istifadə edərək nəticələrinin təhlil edilməsi və davamlı hesabatların təqdim olunması;
- Biznes proseslərinin izlənilməsi, təhlil edilməsi və təkmilləşdirilməsi;
- Biznes tərəfdaşları ilə əməkdaşlıq edərək trendlərin müəyyən edilməsi və performansın davamlı olaraq inkişaf etdirilməsi;
Tələblər:
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- MS Office proqramların biliyi (MS Excel, Power BI yüksək səviyyədə);
- Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (PL-300, MOSE)
- SAP roqramından istifadə təcrübəsi arzuolunandır;
- İngilis və rus dilləri arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmək bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Analizi üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.