Veysəloğlu MMC
Biznes Proseslərinin İdarəedilməsi Meneceri
Son tarix 14 iyn 2026 - [email protected]
Funksiya: Rəqamsallaşdırma,Transformasiya və Layihələr Direktorluğu/Biznes proseslərin və layihələrin idarə olunması şöbəsi
Vəzifə öhdəlikləri:
- Müvafiq daxili prosedurların, qaydaların və digər normativ sənədlərin hazırlanmasını həyata keçirmək;
- Biznes proseslərinin və layihələrin həyata keçirilməsi zamanı müvafiq tələblərə uyğunluğunu təmin etmək;
- Siyasət, təlimat, qayda və prosedurların icra olunmasına nəzarət etmək və proses xəritələrini, prosedurların sənədləşdirilməsini və arxivləşdirilməsini təmin etmək;
- Biznes proseslərinin modelləşdirilməsi metodologiyasını hazırlamaq, sistemləşdirmək və optimallaşdırılmasını təmin etmək;
- Biznes proseslərinin idarə edilməsi, effektivliyinin artırılması və mütəmadi təkmilləşdirilməsi üçün təkliflər planını hazırlamaq;
- Biznes proseslərinin idarə edilməsi ilə korporativ fəaliyyətin təkmilləşdirilməsi üçün müvafiq addımlar atmaq, proseslərin layihələndirilməsi, icrası və nəzarətində iştirak etmək;
- Biznes proseslərinin təkmilləşdirilməsi və layihələrin icrası zamanı müvafiq struktur bölmələri ilə sıx əməkdaşlıq etmək;
- Təyin olunmuş plana əsasən layihələrin koordinasiyasını və vaxtında icrasını təmin etmək.
Vəzifə tələbləri:
- Ali təhsil (Biznesin idarəedilməsi üzrə təhsil və MBA üstünlükdür);
- Biznes proseslərinin idarəedilməsi sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Layihə və komanda idarəetməsi üzrə təcrübə;
- Microsoft Project, Planner, Jira, Asana və digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı;
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Power Automate və Power Apps üzrə biliklər üstünlük hesab olunur;
- ERP/BPM/SFA/WMS/TMS sistemləri ilə işləmə təcrübəsi arzuolunandır;
- Azərbaycan dilini səlis, ingilis dilini isə yaxşı səviyyədə bilmək;
- Analitik və yaradıcı düşünmə, nəticəyönümlülük və effektiv kommunikasiya bacarıqları
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
- Servis xidməti
- Nahar təminatı
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Proseslərinin İdarəedilməsi Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.















