Veysəloğlu MMC
Aparıcı Biznes Analitik
Son tarix 05 mar 2026 [email protected]
İş barədə məlumat:
- Funksiya: Rəqəmsallaşdırma,transformasiya və layihələr direktorluğu/ Biznes Analitika şöbəsi
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Vəzifə funksiyaları:
- Biznes strukturları üçün müxtəlif növ hesabatların hazırlanması:
- Məlumat bazalarından əldə edilən datanın təmizlənməsi, keyfiyyətinin, dəqiqliyinin və ardıcıllığının təmin edilməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi;
- Təkmilləşdirilməsinə ehtiyac olan hesabatların müəyyən edilməsi və araşdırılaraq nəticə barəsində məlumatların təqdim olunması və hesabatların avtomatlaşdırılması;
- Biznes strukturlarının tələblərinə uyğun dataların toplanması, təhlil və layihə menecmenti ilə analitik dəstəyin göstərilməsi;
- Datanın şərh edilməsi, statistik metodlardan istifadə edərək nəticələrinin təhlil edilməsi və davamlı hesabatların təqdim olunması;
- Biznes proseslərinin izlənilməsi, təhlil edilməsi və təkmilləşdirilməsi;
- Biznes tərəfdaşları ilə əməkdaşlıq edərək trendlərin müəyyən edilməsi və performansın davamlı olaraq inkişaf etdirilməsi;
Vəzifə tələbləri:
- Ali təhsil;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- MS Office proqramların biliyi (MS Excel, Power BI yüksək səviyyədə);
- Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (PL-300, MOSE)
- SQL bilikləri (Oracle SQL);
- SAP roqramından istifadə təcrübəsi arzuolunandır;
- İngilis dili üstünükdür, rus dili arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmək bacarığı;
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ödənişi;
- Şirkət nömrəsi ilə təmin olunma.
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Analitik üzrə Ekspert” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.











