Veysəloğlu MMC
Beynəlxalq Daşınma üzrə mütəxəssis
Son tarix 22 sen 2025 - [email protected]
İş barədə məlumat:
- Funksiya: Tədarük Zənciri Direktorluğu/Beynəlxalq Daşınma şöbəsi
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Ümumi məlumat:
- Xidmət etdiyi strukturların beynəlxalq yük daşınma işlərini təşkil edir, daşınma zamanı yaranmış problemlərin həllini təmin edir.
Vəzifə funksiyaları:
- Yük daşınması xidməti təklif edən nəqliyyat şirkətlərini araşdırmaq, potensial və faktiki partnyorları müəyyənləşdirmək
- Yük daşınmaları üçün nəzərdə tutulmuş şərtlərə uyğun nəqliyyat vasitəsini müəyyənləşdirmək
- Mövcud hərəkət marşrutları içərisində ən optimal və məqsədəuyğun olanını seçmək
- Daşınma xidməti təklif edən firmalarla danışıqlar aparmaq, xidmət qiymətlərində mümkün olan maksimum endirimləri əldə etmək
- Boşdayanmalar nəticəsində yaranmış cərimələrin endirilməsi üçün lazımi verilən tapşırıqları həyata keçirmək
- Daşınmaqda olan, daşınması planlaşdırılan və çatmış yüklərin statusu barədə məlumatları mütəmadi olaraq aidiyyəti strukturlar ilə bölüşmək
- Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək
Vəzifə tələbləri:
- Ali təhsil,
- Müvafiq sahədə minimum 2 il təcrübə,
- Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili arzuolunandır),
- Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
- Kommunikasiya və təqdimetmə bacarığı;
- Microsoft Office proqramlarını bilmək;
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma
- Nahar ilə təmin edilmə
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Beynəlxalq Daşınma üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.