Veysəloğlu MMC
Daxili Kommunikasiyalar üzrə Aparıcı Mütəxəssis
Son tarix 08 mar 2025 - [email protected]
İnsan Resursları və Korporativ Kommunikasiyalar Direktorluğu/Korporativ və Marketinq Kommunikasiyaları Şöbəsində, "Daxili Kommunikasiyalar üzrə Aparıcı Mütəxəssis" vakansiyasını elan edirik!
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-18:00 və ya 08:00-17:00
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün daxili kommunikasiya kanalları üçün məzmun hazırlamaq və paylaşmaq;
- Mövcud daxili kommunikasiya alətlərini idarə etmək və yeni platformaları araşdırmaq;
- Şirkət əməkdaşlarının asudə vaxtını səmərəli təşkil etmək və müvafiq tədbirləri həyata keçirmək;
- Şirkətin distribusiya etdiyi məhsulları əməkdaşlar arasında tanıtmaq;
- Şirkətin sosial şəbəkə hesablarını idarə etmək;
- Kommunikasiya prosesinin davamlılığını təmin etmək məqsədilə müxtəlif görüşlər təşkil etmək;
- Şirkət əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işini həyata keçirmək;
- Sosial-korporativ və motivasiya tədbirlərinin təşkili ilə bağlı təkliflər vermək və səlahiyyətləri daxilində həyata keçirmək;
- Daxili kommunikasiya kanallarının məzmununun hazırlanması üçün dizaynerə tapşırıqlar vermək;
- Daxili kommunikasiya fəaliyyətlərinin həyata keçirilməsi üçün müvafiq qurumlarla əlaqələr yaratmaq;
- Görülən işlər üzrə aylıq və illik hesabatlar hazırlamaq;
- Rəhbərlik tərəfindən şöbənin fəaliyyəti ilə bağlı müəyyən olunmuş digər zəruri funksiyaları icra etmək.
Tələblər:
- Jurnalistika, İctimaiyyətlə Əlaqələr və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
- Azərbaycan dilində səlis yazılı və şifahi biliklərə malik olmaq; ingilis dili və rus dili biliyi arzuolunandır;
- Kompüter bilikləri: MS Office;
- Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
- Daxili Kommunikasiyalar kanallarından effektiv istifadə bacarığı;
- Yüksək ünsiyyət bacarıqları;
Təminatlar:
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Daxili Kommunikasiyalar üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.