Veysəloğlu MMC
Təhcizat üzrə kiçik mütəxəssis
Son tarix 28 may 2024 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 
Vəzifə funksiyaları:
- Mal alışı planlaşdırılmasına etmək və kommersiya məqsədli malların alınması üzrə fəaliyyəti həyata keçirmək;
 - Alınacaq malların qiymət listini almaq, məhsulların etiketlərinin tərcüməsini etdirmək, məhsulların master datasını əldə etmək;
 - Alınacaq malların sifarişini hazırlamaq və SAP sisteminə daxil etmək;
 - Razılaşdırılmış sifarişi müvafiq tədarükçüyə göndərilməsinə nəzarət etmək
 - Razılaşdırılmış sifarişi müvafiq tədarükçüdən sifarişin miqdarını kontrol etmək üçün sənəd tələb etmək ;ödənməsini təşkil etmək ,ödəmə prosedurda lazim olan prosesleri yerinə yetirmək
 - Sifarişə dair müəyyən dövlət əhəmiyyətli icazələrin alınması üçün müraciətin edilməsi ,kontrolda saxlanılmasını həyata keçirmək
 - Vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı üst rəhbərlərdən gələn təlimat və göstərişləri qəbul etmək və zamanında icra etmək;
 - Tədarükçülərlə olan görüşlərdə iştirak etmək, planları yaxından izləmək.
 
Vəzifə tələbləri:
- MS Office, xüsusilə Excel proqramını əla bilmək;
 - Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür);
 - Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək;
 - Problemləri operativ həll etmək;
 - Yüksək ünsiyyət bacarığı;
 - Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
 - Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
 
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
- Servis xidməti
 - Nahar təminatı
 
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təchizat üzrə kiçik mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







