Veysəloğlu MMC
Kateqoriya Meneceri
Son tarix 18 okt 2024 - [email protected]
Şirkət: “Veysəloğlu” MMC
Funksiya: Şirniyyat üzrə İdarəedici Direktorluq
Vəzifə: Çay və Kofe üzrə Kateqoriya meneceri
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə funksiyaları:
- Marka Kateqoriyası içərisində əhatəli bir çeşid siyahısı tərtib etmək və təqib etmək
- Hər marka kateqoriyası içərisində çeşidləri kateqoriyalara ayırmaq və pozisiyaya görə harada satılması lazım olduğunu müəyyən etmək (Minimarket, Supermarket və s.)
- Hər çeşid qrupunu kateqoriyalara ayırmaq / hər bir çeşidin gücünü və rəqiblər qarşısındakı mövqeyini aşkar etmək
- Yeni çeşidlərin artırılmasını təmin etmək
- Müştəri ehtiyaclarını izləmək
- Çeşid siyahısındakı boşluqların aşkarlanmasını həyata keçirmək
- Alıcılar və onların ehtiyaclarının araşdırılmasını təmin etmək
- Alıcı bazarını bölümlərə ayırmaq (kimlər satın alır və necə satın alır?)
- Araşdırma üçün ehtiyacları müəyyənləşdirmək
- Mövcud çeşidlər üçün alıcı ehtiyaclarını müəyyənləşdirmək ( qutu ölçüləri, çeşidlər və s.)
- Mağaza araşdırmasını həyata keçirmək
- Müştəri ehtiyaclarına bağlı olaraq mağazalardakı çeşidləri yenidən təşkil etmək (bərabərləşdirmək)
- Çeşidlərin satış ömrünün idarə olunması həyata keçirmək
- Bazar yayımı və müqayisəsini həyata keçirmək (Benchmarking)
- Bazar yayımı işlərini idərə etmək (araşdırma dəstəyi ilə), mağazaların və mağazalarda olan çeşidlərin çoxaldılmasını təmin etmək (satış kateqoriyasına və çeşid kateqoriyasına görə müqayisə etmə /benchmarking), yayım işləri üçün ehtiyacları təyin etmək, həmçinin həyata keçirməni təşkil etmək
- Yayım işlərini bölgə və mağaza tipinə görə idarə etmək və istiqamətləndirmək
- Satış kollektivi ilə birlikdə yayım işləri yerlərini dəyərləndirmək
- Mağazalarda çeşid yayımını artırmaq üçün hərəkət planları hazırlamaq
- Hər çeşidə uyğun olaraq xüsusi marketinq planlarını və kampaniyaları təyin etmək
- Kampaniya planlaması və idarə edilməsini həyata keçirmək
- Fəaliyyəti ilə əlaqədar digər struktur bölmə vahidləri ilə kordinasiyanı təşkil etmək
- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək
- Şirkət strukturu və idarəetmə prinsiplərini öyrənmək, subordinasiya və etika qaydalarına riayət etmək
- Əmək fəaliyyətinə dair müəyyən edilmiş qaydada hər ay üzrə hesabatı Şöbə müdirinə təqdim etmək
- Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilən digər yazılı və şifahi tapşırıqları icra etmək
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq
Vəzifə tələbləri:
- Ali təhsil
- Marketinq və satış sahəsi üzrə minimum 2 illik iş təcrübəsi,
- Rus və ingilis dillərində sərbəst bilmək;
- Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
- Kommunikasiya və təqdimetmə bacarığı;
- Microsoft Office proqramlarını bilmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
- Nahar
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kateqoriya Meneceri” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.