Veliev MMC
Mal-material üzrə mühasib (istehsalat)
Son tarix 18 noy 2024 - [email protected]
Vəzifələr:
- Xammal və yarımfabrikat anbarları üzrə mədaxil, məxaric və yerdəyişmə sənədlərini müntəzəm olaraq alır, sistemə düzgün işlənildiyinə nəzarət edir və proqram təminatında faturalaşdırır
- İstehsala çəkilən xərcləri vaxtında mühasibat uçotunda əks etdirir
- Məhsulun (işin, xidmətin) maya dəyərinin kalkulyasiyasını həyata keçirir, reseptlərə nəzarət edir
- İlkin sənədlər əsasında silinmələri yoxlayır
- İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onların minimuma endirilməsi üçün təkliflər hazırlayır
- Əsas vəsaitlərin uçota alınması, onlara amortizasiya hesablanması işlərini həyata keçirir
- Təmir xərclərinin uçotunu aparır, kapitallaşdırılan təmir xərclərini nəzarətdə saxlayır
- Hesabat ayı bitdikdə nəqliyyat vasitələri üzrə yürüş məsafələrini (GPS məlumatları), yanacaq paylama cədvəllərini yoxlayır (YD şirkətinin plastik kartlar üzrə hesabatı), onları faktiki miqdarla təqdim olunan hesabatlarla müqayisə edir
- Mal-material qiymətlilərinin inventarizasiyasının aparılmasında iştirak edir, kənarlaşmaları miqdar və məbləğ ifadəsində hesablayır, rəhbərliyin tapşırığına əsasən proqram təminatında kənarlaşmalara düzəlişlər edir
- Təsərrüfat mallarının hərəkətinin uçotunu həyata keçirir
- Anbarlar üzrə dövriyyə-qalıq cədvəlləri hazırlayır
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır
Namizəd üçün tələblər:
- İstehsalat şəraitini nəzərə alaraq bəy namizəd tələb olunur
- Maliyyə və ya Mühasibatlıq sahəsində Bakalavr dərəcəsi;
- Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi (əsasən istehsalat sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
- Microsoft Excel, Microsoft Word kompyuter proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili biliyi;
- Komanda ilə işləmə bacarığı;
- Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
- Nizam-intizamlı, məsuliyyətli olmalı.
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
İş şərtləri:
- Əmək haqqı: 1200 - 1500
- İş yeri: Sumqayıt şəhəri
- Nahar və servis xidməti müəssisə tərəfindən təşkil edilir.
- İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü)
Namizədlərdən CV-lərini mövzu yerində "Mal-material üzrə mühasib" yazmaqla elektron poçt ünvanına göndərmələri xahiş olunur.