Universal Group of Companies
Xarici Satınalma üzrə Qrup Rəhbəri
Son tarix 11 iyl 2023 - [email protected]
Əsas öhdəliklər:
- Neft-qaz və Tikinti paketləri üçün mal və xidmətlərin satın alınmasına tenderlərin idarə edilməsi;
- Yerli və xarici təchizat zəncirini bilməsi;
- Satınalma Direktoru ilə Satınalma Qaydaların və prosedurların tərtib və tətbiq olunmasında iştirak edilməsi;
- Satınalma Direktoru ilə Satınalmalar strategiyasının tərtib və tətbiq olunmasında iştirak edilməsi;
- Satınalma Direktoru ilə Satınalmalar üzrə KPİ-ların tərtib və tətbiq olunmasında iştirak edilməsi;
- Tabeçiliyində olan əməkdaşların idarə olunması və fəaliyyatının qiymətləndirilməsi;
- Satınalma Direktoru üçün fəaliyyat üzrə aylıq hesabatların hazırlanması;
- ERP sistemində satınalma əməliyyatlarının təkmilləşdirilməsində fəal iştirak ediməsi;
- Müqavilələrin və ödəniş sənədlərinin icrasının izlənməsi;
- Müştəri tərəfindən təsdiq edilmiş PO-ların yoxlanılması və tələbin icrasının yerinə yetirilməsi yoxlanması.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Aidiyyatı sahə ən azı 5 il iş təcrübəsi;
- Beynəlxalq ticarət sövdələşməsini bilməli;
- Proqram təminatının istifadəsi üzrə praktiki bacarıqlar;
- Yüksək idarəetmə, ünsiyyət və danışıq bacarıqları;
- Problemləri proaktiv şəkildə həll etmə bacarığı;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- İşgüzar və məsuliyyətli olmalı;
- İngilis və Rus dillərini yüksək səviyyədə bilməli.
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00;
- İş yeri: Baki şəhəri, Hyatt Towers 3;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Xarici Satınalma üzrə Qrup Rəhbəri” yazaraq 10.07.2023-cü il tarixinədək göndərilməsi xahiş olunur.
Maliyyə üzrə Böyük Mütəxəssis
Son tarix 21 iyl 2023 [email protected]
Əsas öhdəliklər:
- Aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatlarının hazırlanmasına rəhbərlik və rəhbər şəxslərə təqdim edilməsi;
- Ay bağlanışı zamanı mühasibatlıq əməliyyatlarının yoxlanılması və açıqlamaların hazırlanması;
- Hesabatların vaxtında və dəqiq hazırlanılması və ay sonu hesabların bağlanışı zamanı potensial uyğunsuzluqların vaxtında aşkarlanıb, aradan qaldırılması;
- İllik büdcənin və maliyyə proqnozlarının hazırlanılması, büdcə və faktiki rəqəmlərin üzləşdirilməsi və kənarlaşmalar üzrə hesabatın tərtib edilməsi;
- Xərclərin (məsrəflərin) səmərəliliyini və məqsədyönlü olmasını dövri olaraq təhlil etmək;
- Maliyyə hesabatı sistemi, uçot sistemi, büdcə və digər maliyyə nəzarət funksiyalarının təkmilləşdirilməsi üçün tövsiyələr hazırlanması;
- Mütəmadi maliyyə təhlillərinin aparılması, əsas tendensiyaları, maliyyə risklərini və potensial imkanları təyin edilməsi;
- Maliyyə fəaliyyətinin yaxşılaşdırılması üçün rəhbərliyə tövsiyələrin verilməsi;
- Şirkətin büdcə və proqnozlaşdırma modellərinin işlənib hazırlanması və daha sonra büdcə və fəaliyyət nəticələrini departament menecerləri ilə müzakirə edilməsi;
- İcraçı direktorlarla birlikdə şirkətin böyümə və gəlirlilik məqsədlərinə yardım edəcək uzunmüddətli maliyyə strategiyasının hazırlanması və Maliyyə direktoruna təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının sərbəst tətbiqi;
- Aidiyyatı sahə üzrə 3-5 il iş təcrübəsi;
- Muhasibatlıq və vergi uçotu üzrə biliklər;
- Yerli və beynəlxalq muhasibatlıq idarəetmə standardları üzrə biliklər (ACCA sertifikatları üstünlükdür);
- Yüksək səviyyədə Maliyyə proqramlarının istifadəsi üzrə praktiki bacarıqlar;
- İdarəetmə bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- İşgüzar və məsuliyyətli olmalı.
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00;
- İş yeri: Baki şəhəri, Hyatt Towers 3;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə üzrə böyük mütəxəssis” yazaraq 21.07.2023-cü il tarixinədək göndərilməsi xahiş olunur.