Vakansiya haqqında:
Əmək haqqı: 600-800 AZN (müsahibə əsasında müəyyən olunacaqdır)
İş rejimi: 08:30-17:30, 6 günlük iş həftəsi
İş yeri: Bakı
Vəzifə və öhdəliklər:
- Sosial media hesabları və platformaları (Facebook, LinkedInInstagram və s.) ilə işləmək;
- Həftəlik və aylıq kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq;
- Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
- Bütün SMM kanallarına nəzarət etmək;
- Hesabatları hazırlamaq.
Tələblər:
- Təhsil : Ali;
- Sosial media sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
- Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;
- Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti;
- Windows əməliyyat sistemi, Adobe Photoshop, Adobe Illustrator dizayn proqramı və əlavələrində işləmək bacarığı;
- Facebook, LinkedIn, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə və qrafik dizayn bacarığı.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “SMM ÜZRƏ MÜTƏXƏSSİS” qeyd edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.