Unimetal
HR Nümayəndəsi (Kişi namizəd)
Son tarix 05 iyn 2023 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Aylıq davamiyyət cədvəli hazırlanması;
- Tabeldə müvafiq qeydlər etmək, hər gün işçilərin işə çıxıb-çıxmaması haqqında səbəbləri qeyd etməklə hesabat tərtib etmək;
- İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətlərini itirmələri haqqında xəstəlik vərəqələrinin, və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət etmək;
- İşçilərin əmək haqqı hesablanması ilə bağlı yaranmış suallarının həllində köməklik göstərmək;
- İşdən çıxış və məzuniyyət ərizələrini işçilərdən qəbul etmək və onları vaxtı vaxtında baş ofisə göndərmək;
- Kadrlarla yaranan hər hansı problemləri dinlənmək və cavabdeh şəxslərə yönəltmək;
- Şirkət daxilində yaranan işçi ehtiyaclarını vaxtında və effektiv qarşılanmasının təmin edilməsi;
- Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi;
- İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
- İşə qəbul zamanı namizədlərlə görüş keçirib, sənədlərini toplayıb rəhbərliyə təqdim etmək;
- İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması.
Namizədə tələblər:
- Cinsi: kişi
- Ali təhsil
- 1-3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Ofis proqramları (MS Word, MS Excel,);
- Problem həll etmə, planlama, vaxtın idarə edilməsi bacarıqları, yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
İş şəraiti:
- AR Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə, 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: 650 Azn;
- Ünvan: Abşeron rayonu, Məmmədli kəndi;
Namizədlərdən CV-lərini "HR Nümayəndəsi" başlığı ilə göndərmələri xahiş olunur.