Unicapital
Layihələrin idarəedilməsi və biznes prosesləri şöbəsinin mütəxəssisi
Son tarix 31 avq 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Cəmiyyətin strateji planın və illik fəaliyyət planın tərtib edilməsi, koordinasiyası və icrasına dair hesabatlılığın təşkili;
- Biznes proseslərin yaradılması, qiymətləndirilməsi, standartlaşdırılması, təkmilləşdirilməsi, o cümlədən elektronlaşdırılması/avtomatlaşdırılması işinin təşkili;
- Fəaliyyət sahəsinə aid baş verən əhəmiyyətli dəyişiklikləri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq;
- Təlimatlara müvafiq olaraq zəruri hesabatlar hazırlamaq və təqdim etmək;
- Daxili uçot sisteminə giriş imkanlarının verilməsini təmin etmək və eləcə də həmin sistemə giriş icazəsinə məhdudiyyət qoymaq
- Fəaliyyət sahəsinə uyğun olaraq biznes proseslərin yaradılmasında iştirak etmək və onların təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
- Cəmiyyət tərəfindən Şöbə üçün ayrılmış ofisin və digər mülkiyyətin, habelə bilavasitə ona təhkim edilmiş Cəmiyyətə məxsus mülkiyyətin qorunmasını və lazımi səviyyədə saxlanılmasını təmin etmək;
- Şöbənin fəaliyyətin təşkili ilə əlaqədar aidiyyəti şəxslər ilə ortaya çıxa biləcək maraqlar münaqişəsinin aşkarlanması, idarə olunması və qarşısının alınması üçün tədbirlər görmək;
- Şöbənin fəaliyyətinin uçotunun elektron formada aparılması və obyektiv mülahizələrə əsasən əhəmiyyətli hesab edilə biləcək məlumatların arxivləşdirilməsi təşkil etmək;
- Şöbənin fəaliyyətinə dair təkmilləşdirmələr və optimizasiya üzrə təkliflər vermək;
- Şöbənin səlahiyyətlərinə aid olan sorğuların, şikayətlərin, məktubların araşdırılması və cavablandırılmasını təşkil etmək;
- Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
Vəzifə üzrə tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il, idarə etmə sahəsində minimum 1 il iş təcrübəsi;
- Analitik/sistemli düşünmə və səlis ünsiyyət vərdişləri;
- Biznes sənədlərin tərtib edilməsi və yerli mülki qanunvericilik sahəsində praktiki bilikləri nümayiş etdirmək vərdişləri;
- Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək;
- İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
- Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
- Korporativ davranış normalarını bilmək;
- Şirkətdaxili prosedurları, habelə Nəzarət orqanının rəhbər göstərişlərini bilmək;
- Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), internet);
- MS Visio, ERP, Layihələrin idarə edilməsi proqramlarına bələd olmaq;
- Azərbaycan dili üzrə sərbəst bilik;
- İngilis və ya Rus dilləri üzrə bilik mütləqdir;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Daxili auditor
Son tarix 31 avq 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- İnvestisiya şirkətinin audit komitəsi tərəfindən təsdiq edilmiş audit planına uyğun olaraq fəaliyyətinin və daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsini həyata keçirmək;
- Audit planına uyğun olaraq həyata keçirilmiş yoxlama üzrə tövsiyələr vermək;
- Verilən tövsiyələrin icrasına nəzarəti təmin etmək;
- Auditin nəticələrinə dair hesabatlar hazırlamaq;
- Daxili audit üzrə hesabatları müvafiq idarəetmə orqanlarına təqdim etmək;
- Cəmiyyətin bütün fəaliyyət sahələri (kənar xidmətdən istifadə edilməklə icra edilən fəaliyyətlər daxil olmaqla) üzrə audit funksiyasını həyata keçirmək;
- Daxili audit fəaliyyətini qanunvericiliyə, daxili audit xidmətinin əsasnaməsinə, Daxili Auditorlar İnstitutu tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara uyğun təşkil etmək;
- Daxili audit xidmətinin illik audit planının layihəsini hazırlamaq;
- Şirkətdaxili təşəbbüslər və layihələr, təkmilləşmələr, xidmətlər və əməliyyat dəyişiklikləri barədə məlumatları mütəmadi təhlil etmək;
- Daxili audit yoxlamasının nəticələrinə əsasən daxili audit hesabatı hazırlamaq.
- Audit hesabatı ilə bağlı icra orqanı tərəfindən görülən tədbirlərin nəticələrini izləmək və ildə azı 2 (iki) dəfə tövsiyələrin icra vəziyyəti barədə Audit Komitəsinə və Müşahidə Şurasına hesabat vermək;
Aşağıdakılar üzrə qiymətləndirmələr aparmaq:
- daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin effektivliyi və səmərəliliyi;
- risklərin idarəedilməsi funksiyası üzrə resursların (məsələn, əməkdaşlar, proqram təminatı və s.) keyfiyyəti və adekvatlığı;
- daxili və xarici hesabatlılıq üzrə istifadə olunan məlumatların uyğunluğu, dəqiqliyi, tamlığı, əlçatanlığı, məxfiliyi və hərtərəfliliyi;
- investisiya şirkətinin fəaliyyətinin qanunvericiliyə və investisiya şirkətinin daxili qaydalarına uyğunluğu;
- aktivlərin qorunması və təhlükəsizliyi;
- investisiya şirkətinin İT, kiber və informasiya təhlükəsizliyi sahələrinin effektivliyi və səmərəliliyi.
Vəzifəyə dair tələblər
- Ali iqtisadi və ya hüquqi təhsilə malik olaraq audit fəaliyyəti üzrə 1 il iş təcrübəsinə malik olmaq.
- Texniki bilik və təcrübə tələb edən sahələr üzrə (məs. İT, ödəniş xidmətləri, modelləşmə və s.) təcrübəyə malik olmaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.