Unicapital
Fərq müqavilələri üzrə marja ticarəti xidmətləri şöbəsinin mütəxəssisi
Son tarix 14 avq 2026 - [email protected]
Vəzifə üzrə tələblər
- Ən azı 1 il iş təcrübəsi
- Maliyyə, tətbiqi riyaziyyat, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil.
- Maliyyə bazarları ilə iş təcrübəsi üstünlük hesab olunur.
- Texniki düşüncə tərzi, informasiya sistemlərinin arxitekturasını və onların qarşılıqlı işləmə prinsiplərini qısa müddətdə anlama bacarığı.
- Müxtəlif sistemlərin inteqrasiya prinsipləri (API, məlumat mübadiləsi, avtomatlaşdırılmış proseslər) barədə anlayış.
- Əməliyyatların müxtəlif sistemlər arasında tam keçid prosesini anlamaq və izləmək, kənarlaşma və ya xətaların yarandığı mərhələləri müəyyən etmək bacarığı.
- Əməliyyat və sistem məlumatlarını təhlil etmək, müxtəlif mənbələrdən əldə olunan məlumatları müqayisə etmək və uyğunsuzluqları müəyyən etmək bacarığı.
- Xətaları müstəqil şəkildə təhlil etmək və onların aradan qaldırılması yollarını təklif etmək bacarığı.
- İxtisaslaşmış biznes sistemlərinin və platformaların administrasiyasını və sazlanmasını qısa müddətdə mənimsəmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
















