Unicapital
Elektron ticarət platformalarının inkişafı şöbəsinin mütəxəssisi
Son tarix 07 dek 2025 - [email protected]
Əsas vəzifələr
- Elektron ticarət platformalarının formalaşdırılması və fəaliyyətinin izlənilməsində iştirak etmək.
- Daxil olan müştəri sorğularını cavablandırmaq və ya aidiyyəti üzrə yönləndirmək.
- Qanunvericiliyə uyğun akkreditasiyadan keçmək və müvafiq şəhadətnamə əsasında sifarişlərin qəbulunu və icrasını təmin etmək.
- Müştərilərin məlumatlandırılması, uçot və hesabat sistemlərinin düzgünlüyünə nəzarət etmək.
- Müştəri əməliyyatları və aktivləri üzrə hesabat və analitik məlumatlar hazırlamaq, rəhbərliyə təqdim etmək.
- Müştəri xidmətlərinin keyfiyyətinin artırılması üzrə təkliflər hazırlamaq.
- Müştəri bazasının yenilənməsi və məlumatların təhlükəsiz saxlanılmasını təmin etmək.
- Yeni məhsul və xidmətlərin hazırlanması və tətbiqində iştirak etmək.
- Şirkətin digər bölmələri və kontragentlərlə operativ informasiya mübadiləsini təmin etmək.
- Şöbənin fəaliyyətinə dair hesabatların hazırlanması və arxivləşdirilməsini həyata keçirmək.
- Əmək intizamına, daxili qaydalara və kommersiya sirrinin qorunması tələblərinə riayət etmək.
- İdarəetmə orqanlarının göstəriş və tapşırıqlarını vaxtında icra etmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi üstünlükdür;
- İnvestisiya fəaliyyəti və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
- Şirkətin məhsul və xidmətləri barədə anlayışa malik olmaq;
- Danışıqlar aparmaq və problemli vəziyyətləri həll etmək bacarığı;
- Daxili qaydalar və tənzimləyici tələblərə uyğun işləmək bacarığı;
- Kompüter bilikləri: Windows, MS Office (Excel, Word, Outlook), internet resursları;
- Texniki biliklər: MSSQL, Postman, Python (əsas səviyyədə);
- Azərbaycan dili – sərbəst, İngilis və Rus dili – orta səviyyə;
- Analitik düşünmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.













