Unicapital
Risklərin idarəedilməsi üzrə menecer
Son tarix 29 iyn 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Yarana biləcək risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, ölçülməsi, idarə edilməsi və monitorinq üzrə mexanizmlərin müəyyən edilməsi və tətbiqi üzrə təkliflərin verilməsi;
- Əməliyyat, bazar, likvdilik və kredit risklərinin idarə edilməsi, minimallaşdırılması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə struktur bölmələrlə birgə iştirak;
- Erkən xəbərdarlıq sistemlərinin qurulmasında iştirak etmək;
- Ssenarilərin təhlil edilməsi və Stress testlərin icrası;
- Risklərinin şirkətin kapitalına olan təsirinin hesablanması;
- Ödəniş müddətləri bölgüsü və likvidlik “qəp” təhlili;
- İnvestisiya portfeli üzrə kredit riskinin müxtəlif riyazi modellər üzrə təhlili;
- Bazar risklərinin potensial mənfi təsirlərinin təhlili;
- Müştəri əməliyyatları üzrə şirkətə nüfuz riski yarada biləcək insidentlərin öncədən müəyyən edilməsi və minimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
- Daxili və xarici risk faktorlarının müəyyən edilməsi;
- Şirkətin struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, proses risklərinin aşkarlanması, monitorinqlərin həyata keçirilməsi;
- Şirkətdə risk mədəniyyətinin aşılanması məqsədilə struktur bölmələrdə risk maarifləndirmə işinin icrası;
- İnsidentlərin və Risklərin idarəedilməsi sisteminə daxil olan sorğuların vaxtında və operativ şəkildə icrası;
- Insidentlər üzrə müvafiq hesabatlıqların hazırlanması;
- Risk insident bazasına daxil olan riskləri analiz edərək lazımı məlumatları toplamaq
- Şirkətin fəaliyyəti ilə bağlı əməliyyat və bazar riskləri, həmçinin digər riskləri müəyyən etmək, qiymətləndirmək, onların qarşısını almaq və ya onları daha səmərəli və effektiv idarə etmək imkanı verən tədbirlərin həyata keçirilməsi təklifi vermək
- Risklərin idarəedilməsinin effektiv həyata keçirilməsi üçün müvafiq struktur bölmələri ilə müntəzəm görüşlər təşkil etmək
- Risk xəritəsini hazırlamaq və onun icrasının monitorinqini həyata keçirmək
- Risklərin tanınması və idarə edilməsi baxımından şirkətin fəaliyyətini əhatə edən bütün proseslər, prosedur, normativ sənədlər, yeni məhsul və xidmətlərə rəy vermək
- Şirkətin hər bir mövcud və ya yeni məhsuluna, proses və tariflərinə baxmaq, onların cəmiyyətin risk siyasətinə uyğunlaşdırılması üçün tədbirlər həyata keçirmək
- isklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
- Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
- Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
- Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
- Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. Aylıq əsasda risk hesabatlarını hazırlamaq;
- Risk iştahının hazırlanmasında iştirak etmək;
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
- Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
- İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
- Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
Vəzifəyə dair tələblər:
- Maliyyə, mühasibatlıq, ümumi iqtisadiyyat və ya audit sahələri üzrə ali təhsil;
- İxtisası üzrə ən azı 3 il iş təcrübəsi;
- Yaxşı səviyyədə ingilis dili bilikləri;
- “Microsoft Office” proqramlarından sərbəst istifadə etmək bacarığı.
Əmək şəraiti:
- İş vaxtı: həftəiçi 5 gün saat 09:00-18:00;
- Şirkət hesabına könüllü tibbi sığorta.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.