Unicapital
İnformasiya təhlükəsizliyinin idarəetmə sisteminin dəstəyi üzrə mütəxəssis
Son tarix 14 apr 2025 - [email protected]
Vəzifə Öhdəlikləri:
- Şirkət daxilində mövcud İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin (ISMS) beynəlxalq standartlara (PCI DSS, ISO 27000) uyğun qurulmasında və təkmilləşdirilməsində dəstək olmaq;
- Korporativ “ISMS” sisteminin standartlara uyğunluğunu izləmək, sistemin tərkibi və dəstəkləyici sənədlərin yaradılması və aktuallığının təmin edilməsi;
- İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur və qaydaların icrasına nəzarət etmək;
- Daxili və xarici auditlərdə iştirak etmək, komplayns, sertifikasiya və re-sertifikasiya proseslərinə dəstək vermək;
- Şirkət daxilində informasiya təhlükəsizliyi üzrə maarifləndirmə proqramlarının hazırlanması və təkmilləşdirilməsi;
- Maarifləndirmə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;
- İnformasiya təhlükəsizliyi üzrə biliklər bazasının yaradılmasına və yenilənməsinə dəstək göstərmə
Vəzifəyə olan tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
- İnformasiya təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi;
- Beynəlxalq İnformasiya təhlükəsizliyi standartları (ISO/IEC 27000, PCI DSS və s.) və ən yaxşı təcrübələr haqqında biliklər;
- İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək və yeni biliklər əldə etmək istəyi;
- Sənədləşmə işlərinin aparılması, siyasət, prosedur, və korporativ standartların hazırlanması və yazılması üzrə təcrübə;
- Müasir təhlükələr, boşluqlar və mühafizə texnologiyaları barədə biliklər və bu sahədə təcrübə artırma bacarıqları;
- Təhlil və problemləri həll etmə bacarıqları, məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti və dəqiqlik;
- ISO/IEC 27000, ISO/IEC 20000, PCI DSS standartları üzrə biliklər;
- Yuxarıda qeyd olunan standartların implementasiyası və ya auditində iştirak təcrübəsi (üstünlükdür).