Unicapital
Brendin İdarəedilməsi üzrə Baş Mütəxəssis
Son tarix 10 fev 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin brendinin idarəedilməsi və inkişaf etdirilməsi;
- Brendin bazar mövqeyini gücləndirmək məqsədilə strategiyaların hazırlanması və həyata keçirilməsi;
- Şirkət və məhsul haqqında maarifləndirmə və reklam kampaniyalarının təşkil edilməsi;
- Rəqibləri izləyərək brendin inkişafı ilə bağlı analitik təhlillər aparmaq;
- Brendin dəyərinin artırılması üçün marketinq və reklam strategiyalarının həyata keçirilməsini təmin etmək;
- Şirkətin brendinin müxtəlif media kanallarında effektiv təqdimatı üçün komandalarla əməkdaşlıq etmək;
- Yeni brend layihələri və investisiya sahələri üçün təkliflər hazırlanması və tətbiq edilməsi;
- Rəqəmsal və ənənəvi marketinq vasitələrindən istifadə edərək brendin populyarlığının artırılması;
- Brendin idarə edilməsi ilə bağlı hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər:
- Təhsil: Ali təhsil (marketinq, brendin idarəedilməsi və ya əlaqəli sahə üzrə);
- İş təcrübəsi: Ən azı 3 il brendin idarəedilməsi sahəsində iş təcrübəsi (investisiya sahəsində təcrübə üstünlükdür);
- Marketinq və brendin idarəedilməsi sahəsində geniş biliklər;
- Strateji düşüncə və analitik bacarıqlar;
- Rəqəmsal və ənənəvi marketinq kanallarından istifadə bacarığı;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları;
- Komanda ilə işləmək bacarığı və layihələrin idarə olunması təcrübəsi;
- İngilis dili (yazılı və şifahi) – arzuolunandır.