Unicapital
Əməliyyatlar şöbəsinin mütəxəssisi
Son tarix 20 yan 2024 - [email protected]
Vəzifə və öhdəliklər:
- Zəruri hallarda müvafiq ixtisas şəhadətnaməsinin əldə edilməsi üçün qanunvericiliyə uyğun akkreditasiyadan keçmək;
- Aparılan əməliyyatların (hesabların açılaması, hesablaşmalar, müştəri tapşırıqlarının icrası, dilinq və s.) daxili uçot sistemində qeydiyyata alınmasının təmin etmək, təmin edilməsini təşkil etmək və nəzarət etmək;
- Əməliyyat sənədlərinin saxlanılmasının təmin edilməsi;
- Müştərilərinin hesabatlarının və uçot sisteminin düzgünlüyünün təmin edilməsi, o cümlədən, mütəmadi olaraq onların qarşılıqlı uyğunluğunun yoxlanılması;
- Göstərilən xidmətlər üzrə açılan bütün hesabların monitorinqi;
- Xidmət istiqamətinə uyğun olaraq əlaqəli kontragentlərlə o cümlədən, nəzarət orqanı ilə kommunikasiyanın təşkili və aparılması;
- Məlumatların uçot sistemində düzgünlüyünü mütəmadi üzləşmələr yolu ilə yoxlamaq;
- Müxtəlif işçi qruplarının tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək; İşin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək;
- Müvafiq əməliyyat sistemlərində və platformalarda hesabların açılması;
- Depozitar sistemində qiymətli kağızlarla əməliyyatların icrası;
- Əməliyyat sənədlərinin daxili prosedurlara müvafiq olaraq saxlanılması;
- Müştəri hesabatlarının hazırlanması və təqdim edilməsi;
Namizəd üçün tələblər:
- Ali iqtisadi təhsil; Müvafiq sahə üzrə minimum 1 il;
- İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
- Azərbaycan dili üzrə sərbəst bilik; İngilis və Rus dilləri üzrə bilik üstünlükdür;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı
- Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
- MS Office (Excel/Word/Powerpoint və digər) yaxşı səviyyədə bilmək;