Unibank
159
Biznes araşdırmaları istiqamətinin kiçik mütəxəssisi/mütəxəssisi
Son tarix 03 may 2024 Müraciət et
Təsvir:
- Pərakəndə məhsullar üzrə mütəmadi analizlərin aparılması, trendlərin, boşluqların müəyyən edilməsi və məhsulların inkişafı ilə bağlı təkliflər hazırlanması;
- Müştəri davranışlarının təhlili;
- Biznesin effektivliyini ölçmək və potensial inkişaf istiqamətlərini müəyyən etmək üçün əsas fəaliyyət göstəricilərinin təhlil edilməsi;
- Yeni tendensiyaları, imkanları və potensial riskləri müəyyən etmək üçün bazar araşdırması aparmaq;
- Qərar qəbuletmə proseslərinə dəstək vermək üçün analitik məlumat və tövsiyələr təqdim etmək.
Tələblər:
- İqtisadiyyat, biznes, maliyyə, riyaziyyat və ya əlaqəli sahələrdə ali təhsil;
- MC Office (xüsusilə Excel) və Oracle SQL proqramları ilə sərbəst işləmə bacarığı (Digər proqramlarla işləmək bacarığı üstünlükdür);
- Azərbaycan və ingilis dillərini əla səviyyədə bilmək;
- Bazar araşdırmalarına dair bilik və bacarıqlar;
- Bank məhsulları və bank sektoru ilə bağlı məlumatlılıq;
- Analitik düşünmə və təhlil qabiliyyəti, habelə böyük verilənlər bazalarını hazırlamaq, təhlil və şərh etmək bacarığı;
- Mürəkkəb məlumatları aydın və yığcam şəkildə təqdim etmək bacarığı;
- Kreativ və unikal ideyaların hazırlanması bacarığı.
Məhsul Sahibi (Product Owner)
Son tarix 03 may 2024 Müraciət et
Təsvir:
- İstifadəçilərin (biznesin) ehtiyaclarını anlamaq və onları məhsul tələblərinə çevirmək;
- Məhsul üçün vizyonun müəyyən edilməsi;
- Dəyişən tələblərə əsaslanaraq, məhsul ehtiyatlarının idarə edilməsi və prioritetləşdirilməsi;
- Məhsulun yaradılmasında inkişafinda və biznes göstəricilərə nəzarətində birbaşa iştirak etmək;
- Prosesin hər bir mərhələsində məhsulun inkişafının monitorinqi və qiymətləndirilməsi;
- Yenilənmələri düzgün çatdırmaq üçün məhsul komandası və son istifadəçilərlə kommunikasiyaların idarəedilməsi;
- Məhsul biznes mühitində olduqdan sonra performans haqqında son istifadəçilərdən rəylərin toplanması və sonrakı inkişaf prossesinə cavabdeh olmaq.
Tələblər:
- Scrum, Agile metodologiyası üzrə biliklər;
- Məhsulun inkişafı sahəsində 3+ illik iş təcrübəsi (Biznes və ya İT)
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır);
- Task menecerlər ilə işləmə bacarığı;
- Məhsul tələblərinin hazırlanması və inkişafı üçün zəruri texnoloji biliklər;
- Effektiv prioritetləşdirmə bacarığı;
- İstifadəçi əsaslı dizayn prinsipləri haqqında biliklər;
- Komandada işləmək bacarığı;
- Güclü analitik bacarıqlar;
- Şifahi, yazılı ünsiyyət və təqdimat bacarığı.