Unibank
İşə qəbul üzrə Qrup Rəhbəri (Recruitment Team Lead)
Son tarix 17 apr 2024 Müraciət et
Təsvir:
- İşə qəbul komandasının fəaliyyətini tənzimləyir və idarə edir, əməkdaşların bilik və bacarıqlarını inkişaf etdirmək üçün, onlara mentorluq edir;
- İşçi tələblərinə əsasən müvafiq elanların hazırlanmasına, daxili və xarici axtarış kanallarında yerləşdirilməsinə nəzarət edir;
- Vakansiyalara uyğun namizədlərin seçilməsini, ilkin müsahibələrin və test mərhələlərinin təşkil edilməsini, müsahibə nəticələri barədə namizədlərin məlumatlandırılmasını təmin edir;
- Yeni və təkmilləşdirilmiş işə qəbul strategiyaları hazırlayır;
- Mövcud işə qəbul prosedurlarını nəzərdən keçirir və zərurət olduqda yeniləyir;
- İşə qəbul prosesləri zamanı yaranan problemləri müəyyən etmək və həll etmək üçün müxtəlif metrikaları müəyyən edir və mütəmadi izləyir;
- İşə qəbul komandası ilə mütəmadi görüşlər təşkil edərək geribildirimləri və qoyulan hədəfləri kommunikasiya edir;
- Tabeçiliyində olan əməkdaşların təlim ehtiyaclarını müəyyən edir və qarşılanmasını təmin edir;
- Karyera sərgilərində və əmək yarmarkalarında iştirakı təmin edir;
- «Employer Branding»-i gücləndirmək üçün digər strukturlarla birgə fəaliyyət planının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- Komandanın fəaliyyəti ilə bağlı müxtəlif statistik və analitik hesabatlar hazırlayaraq rəhbərliyə təqdim edir.
Tələblər:
- İşə qəbul sahəsində iş təcrübəsi - ən azı 2 il , İşə qəbul sahəsində rəhbər kimi iş təcrübəsi - ən azı 1 il;
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (İntermediate və üzəri), Rus dili (arzuolunandır);
- Liderlik, komandanı idarəetmə və motivasiya etmə bacarığı;
- Yüksək səviyyədə MS Excel bilikləri;
- Rekrutment sahəsi üzrə müxtəlif praktikalar, metodologiya və axtarış kanalları üzrə biliklər və təcrübə;
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
- Analitik düşüncə və problem həlletmə bacarığı;
- Deleqasiya etmə bacarığı.
Mikro kreditlər üzrə kiçik mütəxəssis (Bakı-Abşeron)
Son tarix 17 apr 2024 Müraciət et
Təsvir:
- Potensial müştərilərin cəlb edilməsi;
- Müştərinin biznesinin təhlil olunması;
- Təhlilin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsi;
- Kredit portfelinin nəzarəti və idarə olunması;
- Mikromaliyyə üzrə aylıq/illik plan və tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Ünsiyyət qurmaq və azərbaycan dilində sərbəst danışmaq bacarıqları;
- Təhlil etmək bacarığı;
- İşdə dəqiqlik, məsuliyyətlilik.