Unibank
Auditor
Son tarix 22 mar 2024 Müraciət et
Təsvir:
- İllik audit planına uyğun olaraq audit yoxlamalarında iştirak etmək;
- Proses və struktur bölmələri üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsində iştirak etmək;
- Audit müşahidəsi və tövsiyələrin yer aldığı audit hesabatlarını hazırlamaq;
- Daxili audit tövsiyələrinin icra səviyyəsini qiymətləndirmək;
- Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək;
- Rəhbərlər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- İqtisadi və ya İnformasiya Texnologiyaları, Kompüter elmləri ixtisasları üzrə ali təhsil;
- Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət və ya maliyyə istiqamətində baza biliklərinin olması;
- Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ sənədlərə dair biliklərə malik olması;
- Analitik təhlil etmə bacarığının olması;
- SQL və ya PL/SQL üzrə biliklər (müstəqil istifadə etmək bacarığı);
- Microsoft Ofis proqramları ilə sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır);
- Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
- Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
- Vətəndaş qüsursuzluğu;
- Daxili Audit, Maliyyə və Risklərin idarə edilməsi sahəsində beynəlxalq sertifikatların olması üstünlükdür.
Mikro kreditlərin satışı üzrə qrup rəhbəri
Son tarix 20 mar 2024 Müraciət et
Təsvir:
- Komandanın idarə olunması, tabeçiliyində olan əməkdaşların inkişafını dəstəkləmək;
- Potensial müştərilərin cəlb prosesində komandaya dəstək olmaq, cəlb olunan müştərilərlə görüşlərdə iştirak etmək;
- Müştərinin biznesinin təhlil olunmasına nəzarət etmək, tövsiyyələr vermək;
- Təhlilin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsinə nəzarət etmək;
- Komandanın kredit portfelinin nəzarəti və idarə olunması;
- Mikromaliyyə üzrə aylıq/illik plan və tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Yüksən riyazi hesablama aparmaq qabiliyyəti, maliyyə hesabatları ilə işləmə bacarığı;
- Bank və ya Bokt-da satış üzrə ən azı 3 il təcrübənin olması;
- İdarə edici vəzifələrdə iş təcrübəsi;
- Komandanı idarə edə bilmə, inandırma, motivasiya edə bilmə bacarığı;
- Yüksək müştəri yönümlülük, cəlb etmə və kredit portfelini sənərəli idarə edə bilmə qabiıiyyəti;
- İşdə dəqiqlik, məsuliyyətlilik.
Korporativ xidmətlər üzrə assistent
Son tarix 20 mar 2024 Müraciət et
Təsvir:
- Ödəniş tapşırıqları (milli və xarici valyutada), konvertasiya əməliyyatları, o cümlədən İnternet Bankinq sistemi üzrə ödənişlərin icra qəbulu imza hüququ ilə;
- Valyuta ödənişləri ilə bağlı sənədlərin (AR MB-nın təlimatlarına uyğun olaraq) təhlili, işlənməsi və saxlanılması;
- Hesablaşma-kassa əməliyyatları üzrə nəzərdə tutulmuş digər əməliyyatlar üzrə tapşırıq, ərizə, sifariş, müraciət məktublarının və s.;
- Əmək haqqı layihəsi, biznes və korporativ kartların alınması üzrə lazımi sənədlər;
- Depozit yerləşdirilməsi üzrə lazımi işlərin görülməsi və sənədlərin yığılması.
Tələblər:
- Ali təhsil (İqtisadi təhsil arzuolunandır);
- Azərbaycan və Rus dillərini sərbəst bilmək;
- Müştərilərlə iş təcrübəsi və ünsiyyət qurmaq bacarığı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Microsoft Office-in əsas proqramlarında işləmək bacarığı (Word, Excell, Power Point, Outlook Expressvə s.).
Bank sistemlərinə dəstək üzrə mütəxəssis
Son tarix 20 mar 2024 Müraciət et
Təsvir:
- SQL və PL\SQL dillərində avtomatlaşdırılmış bank sistemi modullarının proqramlaşdırması və dəstəklənməsi;
- Proqram təminatı dəstəyi və əməliyyat zamanı aşkar edilmiş qüsurların düzəldilməsi
- Mövcud verilənlər bazası obyektlərinin (cədvəllər, sorğular, paketlər, saxlanılan prosedurlar və s.) təhlili və dəyişdirilməsi.
- Xarici proqram təminatı təchizatçıları ilə işləmək
Tələblər:
- Ali təhsil (informasiya texnologiyaları sahəsinə üstünlük verilir)
- Sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Oracle, SQL, PL/SQL bilikləri
- Digər developerlər kodunu başa düşmək bacarığı
- Jira, Git ilə təcrübə
- Agile metodologiyalarında təcrübə (Agile/SCRUM/Kanban/Waterfall)
- Proqram təminatının hazırlanması proseslərinin başa düşülməsi
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis (arzuolunandır)
İş qrafiki: 5 iş günü, 09:00-18:00