Unibank
İnsan Resurları üzrə Qrup Rəhbəri
Son tarix 15 mar 2024 - Müraciət et
Təsvir:
- İşçi heyətinə dair proseslərin (işə qəbul, işdən azad edilmə, məzuniyyət, intizam tədbirləri, və s.) qanunvericiliyə uyğun rəsmiləşdirilməsinin təşkili və nəzarəti;
- İnsan resurslarına aid icra edilmiş əməliyyatları yoxlayaraq təsdiq təsdiq etmək;
- İnsan resurslarına dair proseslərin icra edildiyi daxili sistemin və sahibi olduğu proseslərin optimallaşdırılması barədə təkliflərin hazır edilməsi ;
- Komanda daxili iş bölgüsünün təşkil edilməsi və baş verən dəyişikliklər üzrə operativ qərarların tətbiqi;
- Komanda üzvlərinin inkişafının təmin edilməsi və təkliflərin verilməsi;
- Fəaliyyət sahəsi üzrə proseslərə dair hesabatların hazır edilməsi;
- Qanunvericiliyə edilmiş dəyişikliklərin izlənilməsi və müvafiq proseslərə tətbiqi;
- Öhdəliyində olan proseslər üzrə komandanın düzgün yönləndirilməsi.
Tələblər:
- İnsan Resursları sahəsində ən azı 5 illik aktiv təcrübə (Bank sahəsi üzrə təcrübəyə üstünlük verilir);
- AR Əmək Məcəlləsinin güclü biliyi və tətbiqinə dair təcrübə;
- Mükəmməl Azərbaycan dili biliyi, (Rus dili biliyi olması üstünlükdür);
- MS Excel üzrə biliklər və tətbiqində təcrübə;
- Nəticə yönümlü kommunikasiya qurma bacarığı;
- Analitik düşünmə bacarığı;
- Operativlik, çeviklik və dəqiqlik;
- Yeniliklərə açıqlıq.
Senior Java Developer
Son tarix 15 mar 2024 Müraciət et
Təsvir:
- Arxitektura və dizayn qərarlarının verilməsi;
- Code review və komandanın yüksək keyfiyyətli kod təqdim etdiyinə əmin olmaq;
- Davamlı öyrənmə və proqramlaşdırma biliklərini inkişaf etdirərək digər mühəndislərə mentorluq etmək;
- Xüsusiyyətləri müəyyən etmək və prioritetləşdirmək üçün məhsul sahibləri, dizaynerlər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;
- Yüksək performanslı və təhlükəsiz Java backend xidmətlərini inkişaf etdirmək;
- Performans, genişlənmə və etibarlılıq üçün tətbiqi optimallaşdırmaq (Modernization);
- Təhlükəsiz və ölçülə bilən sistemlər təqdim etmək;
- Kəsinti zamanlarını öncədən təyin etmək;
- Çarpaz funksiyalarla əməkdaşlıq etmək və mövcud problemləri həll etmək üçün texnologiyaya əsaslanan yanaşma ilə qərar qəbulunda iştirak etmək;
- Texniki problemlər və qərarlarla bağlı maraqlı tərəflərlə səmərəli ünsiyyət qurmaq;
- Səhvsiz proqram təminatının çatdırılmasını təmin etmək üçün QA komandası ilə sıx əməkdaşlıq etmək;
- Agile sessiyalarda iştirak etmək.
Tələblər:
- Proqramlaşdırma sahəsində ən az 5 il iş təcrübəsi;
- OOP prinsiplərini dərindən bilməli;
- Java proqramlaşdırma dili üzrə dərin biliklər;
- Spring Core, Spring Boot, Spring Data, Spring WEB, Spring Security üzrə biliklər;
- ORM (Hibernate) bilikləri;
- GIT ilə işləmə bacarığı;
- Microservice arxitekturası və REST api serverlər haqda biliklər;
- Microservice design pattern-ların real tətbiqi ilə bağlı təcrübə;
- NoSql verilenler bazası ilə iş təcrübəsi (Mongo DB , Cassandra, Redis);
- SQL verilənlər bazası (Oracle, Postgresql) bilikləri;
- Kafka və ya digər mesajlaşma platforması ilə təcrübə;
- CI/CD, Kubernetes, Docker, API Gateway bilikləri;
- UnitTesting, Mock serverlerlə iş təcrübəsi (Hoverfly);
- Performans və inteqrasiya testləri üzrə biliklər;
- Software ve Sistem dizayn üzrə biliklər;
- Clean code prinsiplərini bilməli ;
- Code review yanaşmalarının tətbiqi ilə bağlı təcrübə;
- Axtarış platformalarında iş təcrubəsi arzuolunandır (Apache Solr);
- Agile bilikləri arzuolunandır;
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması;
- Komanda ilə işləmə bacarığı.
Monitorinq şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi / Aparıcı Mütəxəssisi
Son tarix 14 mar 2024 Müraciət et
Təsvir:
- Rəhbərliyin sərəncamına/Təsdiqlənmiş planlara uyğun olaraq maliyyə, tematik və kompleksli kredit layihələrinin monitorinqi;
- Bank fəaliyyəti və nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün müstəqil tövsiyələrin verilməsi;
- Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabatların hazırlanması;
- Bakıda və regionlarda müştərilərə vizit edə bilmək marağı və imkanının olması;
- Kreditləşmə layihələrinin risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyələrin verilməsi.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat və ya riyaziyyat sahəsində);
- Biznes kreditlər sahəsində ən azı 2 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində yüksək biliyə sahib olmalı;
- Milli və regional biznes proseslərinin tənzimlənməsi və idarəedilməsi üzrə biliklər;
- Qanunvericiliyin əsaslarını bilmək;
- Sənədlərin təhlilini aparmaq;
- Analitik düşünmə bacarığı;
- Stressə davamlılıq, komandada işləmək bacarığı.