Unibank
İşə qəbul üzrə Qrup Rəhbəri (Talent Acquisition Team Lead)
Son tarix 05 mar 2024 Müraciət et
Təsvir:
- İşə qəbul komandasının fəaliyyətini tənzimləyir və idarə edir, əməkdaşların bilik və bacarıqlarını inkişaf etdirmək üçün, onlara mentorluq edir;
- İşçi tələblərinə əsasən müvafiq elanların hazırlanmasına, daxili və xarici axtarış kanallarında yerləşdirilməsinə nəzarət edir;
- Vakansiyalara uyğun namizədlərin seçilməsini, ilkin müsahibələrin və test mərhələlərinin təşkil edilməsini, müsahibə nəticələri barədə namizədlərin məlumatlandırılmasını təmin edir;
- Yeni və təkmilləşdirilmiş işə qəbul strategiyaları hazırlayır;
- Mövcud işə qəbul prosedurlarını nəzərdən keçirir və zərurət olduqda yeniləyir;
- İşə qəbul prosesləri zamanı yaranan problemləri müəyyən etmək və həll etmək üçün müxtəlif metrikaları müəyyən edir və mütəmadi izləyir;
- İşə qəbul komandası ilə mütəmadi görüşlər təşkil edərək geribildirimləri və qoyulan hədəfləri kommunikasiya edir;
- Tabeçiliyində olan əməkdaşların təlim ehtiyaclarını müəyyən edir və qarşılanmasını təmin edir;
- Karyera sərgilərində və əmək yarmarkalarında iştirakı təmin edir;
- «Employer Branding»-i gücləndirmək üçün digər strukturlarla birgə fəaliyyət planının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- Komandanın fəaliyyəti ilə bağlı müxtəlif statistik və analitik hesabatlar hazırlayaraq rəhbərliyə təqdim edir.
Tələblər:
- İşə qəbul sahəsində iş təcrübəsi - ən azı 2 il , İşə qəbul sahəsində rəhbər kimi iş təcrübəsi - ən azı 1 il;
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (İntermediate və üzəri), Rus dili (arzuolunandır);
- Liderlik, komandanı idarəetmə və motivasiya etmə bacarığı;
- Yüksək səviyyədə MS Excel bilikləri;
- Rekrutment sahəsi üzrə müxtəlif praktikalar, metodologiya və axtarış kanalları üzrə biliklər və təcrübə;
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
- Analitik düşüncə və problem həlletmə bacarığı;
- Deleqasiya etmə bacarığı.
Korporativ hüquq şöbəsinin Hüquqşünası
Son tarix 05 mar 2024 - Müraciət et
Təsvir:
- Bankın idarəetmə orqanlarının qərarlarının hüquqi ekspertizasının keçirilməsi;
- Bankın İdarə Heyətinin və Audit Komitəsinin iclaslarının təşkil edilməsi və protokollarının tərtib edilməsi;
- Bankın Səhmdarlarının ümumi yığıncağının qanunvericiliyə uyğun keçirilməsinin təmin edilməsi;
- Protokolların tərtib edilməsi;
- Bankdaxili komitələrin iclaslarının təşkil edilməsi və protokollarının tərtib edilməsi;
- Bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilələrə hüquqi rəyin verilməsi;
- Bankın fəaliyyətində yaranan hüquqi məsələlərə dair rəy verilməsi;
- Rəhbər tərəfindən verilən digər tapşırıqlar.
Tələblər:
- Hüquq sahəsində ali təhsilinin olması;
- Müvafiq sahə üzrə iş təcrübəsinin olması arzuolunandır;
- Azərbaycan Respublikasının hüquqi aktlarını bilməsi;
- Hüquqi sənədlərin tərtibi, sistemləşdirilməsi və uçotu qaydalarını bilməsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi;
- Rus dilini yüksək səviyyədə bilməsi;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Tapşırığı effektiv şəkildə planlaşdırmaq, təşkil etmək, prioritetləşdirmək və yerinə yetirmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.