Unibank
Biznes kreditlərinin monitorinqi bölməsinin Müdiri
Son tarix 24 may 2024 - Müraciət et
Təsvir:
- Bölmənin işini təşkil etmək və ona rəhbərlik etmək, işçilərin işə davamiyyətinə və əmək intizamına, onların öz vəzifə təlimatlarında nəzərdə tutulmuş qaydalara riayət etməsinə nəzarət etmək;
- Bölmənin icraatında olan işlərin həcmini və sayını nəzərə alaraq onları şöbənin əməkdaşları arasında bölüşdürmək, işin keyfiyyətli təşkil olunmasını təmin etmək və vaxtında icra olunmasını tələb etmək;
- Monitorinqlərin aparılma qaydasının düzgün icrasına nəzarət etmək;
- Bankdaxili korporativ prosedurlara müvafiq olaraq, biznes kreditləri portfeli üzrə Bankın Müştəri Xidməti Strukturlarında (MXS), müştərilərin biznes ünvanlarında və digər yerlərdə monitorinqlərinin həyata keçirilməsini təmin etmək;
- Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilmiş kreditlərin təyinatı üzrə istifadəsini yoxlamaq üçün monitorinqlərin həyata keçirilməsini təmin etmək;
- İcra səlahiyyətlərinə aid olan məsələlərlə bağlı Departamentə daxil olan müraciətlərə, sorğu və məktublara cavablar hazırlamaq;
- Şübhəli hallar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;
- Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara və AR-nın bu sahədə mövcud qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirmək;
- Rəhbərliyə Bölmənin icraatında olan işlərin vəziyyətinə dair hesabat təqdim etmək və işin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək;
- Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat və ya riyaziyyat sahəsində);
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Kredit, maliyyə, mühasibat uçotu, sahəsində yüksək biliyə sahib olmalı;
- Milli və regional biznes proseslərinin tənzimlənməsi və idarəedilməsi üzrə biliklər;
- Qanunvericiliyin əsaslarını bilmək;
- Sənədlərin təhlilini aparmaq;
- Analitik düşünmə bacarığı;
- Stressə davamlılıq, komandada işləmək bacarığı.