Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.
Xarici hüquqi / fiziki şəxslərinin Azərbaycandakı maliyyə əməliyyatlarının yoxlaması üzrə Mütəxəssis (FATCA / CRS)
Başlıca öhdəliklər və məsuliyyətlər
• FATCA/CRS qaydalarını bilmək və işləmək qabiliyyəti;
• FATCA/CRS sahəsində bütün dəyişiklər və yeniliklər haqqında məlumatlı olmaq;
• FATCA/CRS prosedurunun düzgün aparılması, onları nəzarət etmək və aşkar olunmuş; uyğunsuzluqları haqqında rəhbərliyə və biznesə vaxtında məlumat vermək;
• İldə bir dəfə Vergilər Nazirliyinə hesabat hazırlaması və göndərilməsi.
Namizədin Profili
• Ali təhsil;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı, Rus və İngilis dillərində sənədləri/qaydaları oxuyub başa düşəcək səviyyədə bilmək;
• MS Excel, MS Word proqramları və İnternet ilə işləmək bacarığı;
• Müştəri sənədləri ilə işləmək və hesabatları hazırlamaq bacarığı;
• Güclü araşdırma və analitik qabiliyyətinə malik olmaq;
• Stressə davamlılıq və komandada işləmək bacarığı;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (FATCA/CRS) göstərməyiniz xahiş olunur) və ya https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.
Unibank: Strateji funksiya üçün işci seçimi meyarları
Strategiya və Layihələrin idarə edilməsi funksiyası üzrə Analitik
Vəzifə öhdəlikləri:
• Strateji təhlilin həyata keçirilməsi;
• Hesabatların hazırlanması;
• Statistik verilənlər bazasının daimi monitorinqi və təhlil nəticələrinin strukturlaşdırılması;
• Bazar təhlilinin (Benchmarking, bazar iştirakçılarının təhlili) aparılması;
• Biznes modellərin emalı və buna əsasən vahid hesabatlılığın təşkil edilməsi.
Tövsiyyə olunan profil üzrə meyarlar toplusu:
Аnalitik:
• Ali təhsil (iqtisadiyyat, maliyyə, riyaziyyat, statistika, marketinq);
• Bank sektorunda 3-4 illik təcrübə;
• Təhlil, məlumatın sistemləşdirilməsi və yuvarlaqlaşdırlmasi, təhlil nəticələrinin struktrulaşdırılmış təsviri;
• Statistik verilənlər bazası ilə işləmə təcrübəsi, maliyyə hesabatlılığı istiqamətində biliklər;
• Bank biznes proseslər barədə biliklər;
• Əsas bazar oyunçuları barədə məlumat;
• Excel и Verilənlərin emalı və təsviri baxımından aparıcı biliklər, Excel və PowerPoint proqramlarının səlist istifadəçisi;
• İngilis dili - Minimum İntermediate;
• Sistemli yanaşma, məlumatların strukturlaşdırlıması və tapşırıqların həlli istiqamətində alternativ həllərin axtarılması bacarığı;
• Multifunkionallıq, məsuliyyət, kommunikasiya bacarığı, müstəqillik.
Göstərilən tələblərə cavab verən namizədlər https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkiylə keçid edib və vakansiyaya müraciət edə bilər.