Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.
Filialların hüquqi təminatı şöbəsinin müdiri
Öhdəliklər:
• Şöbənin işini təşkil etmək və ona rəhbərlik etmək, işçilərin işə davamiyyətinə və əmək intizamına, onların vəzifə təlimatlarında nəzərdə tutulmuş qaydalara riayət etməsinə nəzarət etmək;
• Şöbənin icraatında olan işlərin həcmini və sayını nəzərə alaraq onları Şöbənin əməkdaşları arasında bölüşdürmək, işin keyfiyyətli təşkil olunmasını təmin etmək və vaxtında icra olunmasını təmin etmək;
• Bankın fəaliyyətində qanunvericiliyə riayət olunmasını təmin etmək, qanunvericiliyin tətbiqi məsələlərinə dair hüquqi rəy vermək, habelə Bankın fəaliyyətinin hüquqi təminatını təkmilləşdirmək istiqamətində əsaslı təkliflər irəli sürmək;
• Yeni bank məhsullarının (xidmətlərini) yaradılması üzrə hüquqi məsələlərin tənzimlənməsi, hüquqi rəylərin verilməsi;
• Bankın digər banklarla və maliyyə institutları ilə münasibətlərinin həyata keçirilməsində iştirak etmək və hüquqi tənzimlənməsini təmin etmək;
• Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
Namizədə tələblər:
• Hüquq sahəsi üzrə ali təhsil;
• Kompüterdən əla istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), İnternetdə işləmə bacarığı);
• Azərbaycan və ingilis dilləri üzrə sərbəst bilik. Rus dili bilənlərə üstünlük verilir.
• Kollektivlə ünsiyyət qurmaq bacarığı;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
• Təşəbbüskarlıq, liderlik və tabeçiliyindəki işçilərin motivasiyası, koordinasiya etmə/təşkilatçılıq, səlahiyyətləri bölüşmə bacarığı, işin planlaşdırması və istiqamətləndirməsi, qərar vermə bacarığı
• Rəhbər vəzifədə 3 il və daha artıq iş təcrübəsi.Bank sahəsində təcrübəyə üstünlük verilir.
Göstərilən tələblərə cavab verən namizədlər email-ın mövzu hissəsində Filialların hüquqi təminatı şöbəsinin müdiri göstərməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər