Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.
Korporativ kreditlər üzrə aparıcı/ baş mütəxəssis (Quba filialı)
Tələblər:
• Ali təhsil;
• Biznes və ya mikro kreditlər sahəsində minimum 1 il iş təcrübəsi mütləqdir;
• Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər;
• Azərbaycan dillində sərbəst danışıq bacarığı;
• Ünsiyyət qurma bacarığı və müştəri yönümlülük;
Öhdəliklər:
• Korporativ müştərilərin cəlb edilməsi;
• Daxil olmuş müraciət əsasında müştərinin biznesinin təhlilinin aparılması;
• Təhlilin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (Korporativ kreditlər-Quba) göstərməyiniz xahiş olunur) və ya https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.