Umico (Competo MMC)
Lead Lawyer
Son tarix 22 iyn 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Fiziki və hüquqi şəxslərlə bütün növ yerli və beynəlxalq müqavilələrin (xidmət müqavilələri, alqı-satqı müqavilələri, təkliflər və s.) hazırlanması, təhlili, ekspertizasının aparılması.
- Şirkət sənədlərinin dövlət orqanlarında qeydiyyatının təmin edilməsi.
- Şirkətin daxili təlimatlarının, qayda və prosedurlarının, reqlamentlərinin hazırlanması, dəyişdirilməsi, təkmilləşdirilməsi.
- Mövcud hüquqi problemlərin yerində araşdırılması və əməkdaşların məlumatlandırılması.
- Daxili qərar və sərəncamların hazırlanmasının təmin edilməsi.
- Şirkətin ümumi fəaliyyətində hüquqi risklərə nəzarət edilməsi.
- Şirkətə daxil olan sorğuları cavablandırılması.
- Şirkətin məhkəmə orqanlarında təmsil edilməsi.
- Məsuliyyətlərinə uyğun olaraq rəhbərliyə hesabatların təqdim edilməsi.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
- Rus və Azərbaycan dili bilikləri
- Ali təhsil
- Bu sahədə təcrübə: 3-5 il.
- Kompüter biliyi: MS Office proqramları (Word, Excel, PowerPoint).
- Tapşırıqları vaxtında yerinə yetirməsi.
- Diqqətcil, məsuliyyətli və operativ olması.
Şərtlər:
- İş rejimi: 5/2
- İş yeri : Baku White City
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-lərini "Lead Lawyer" mövzu başlığı ilə qeyd etməklə elektron poçtuna göndərsinlər.