Ulu Agro
Baş mühasib
Son tarix 14 may 2024 - [email protected]
İş Yeri: Qax (Yaşayış yeri ilə təmin edilir)
İş rejimi: I-VI günlər
İş vaxtı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin edilir (Minimum 2000 azndən başlayaraq)
İşin Təsviri:
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlamaq
- Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət etmək
- Vergi, Statistika və s. dövlət qurumlarına verilməli olan hesabatlarını tərtib etmək və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması
- Müəssisənin illik büdcəsininin hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
- Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlər hazırlamaq və icrasına nəzarət etmək
Tələblər:
- Təhsil: Maliyyə və mühasibatlıq sahəsi üzrə ali ixtisas təhsili
- Təcrübə: Aqro sahədə (Kənd təsərrüfatı) iş təcrübəsi olanlara üstünlük verilir
- IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə bilikləri olanlara üstünlük verilir
- PMS Sertifikatı malik olanlara üstünlük verilir
- Aidiyyatı sahə üzrə minimum 3 ildən artıq iş təcrübəsi;
- İdarəetmədə tələb olunan iş bacarıqları
Çalışmaq arzusunda olan şəxslər elektron poçtun "mövzu" yerinə "Baş mühasib" qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.