U and R Company
ERP və Analitika üzrə mütəxəssis
Son tarix 15 okt 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Layihəyə dair müştəri ilə görüşlərin keçirilməsi və tələbləri müəyyən edilməsi;
- Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müyyən edilməsi, müştəri ilə razılaşdırılması;
- Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin analiz edilməsi;
- Biznes proseslərin diaqram və sxemlər əsasında vizual təsvir edilməsi;
- Analiz sənədi və texniki tapşırığın hazırlanması;
- İşlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək;
- Tələblər üzrə prioritetlərin müəyyən edilməsi və tapşırıqlar texniki komanda üçün formalaşdırılması;
- Layihəyə dair ümumi icra planının hazırlanması;
- Mövcud ERP sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;
- Gündəlik görüşlərdə iştirak etmək, tapşırıqların müzakirəsi;
- Hazırlanan səhifə və funksionallıqların ilkin testinin aparılması;
- Təlimlərin verilməsi;
- Təqdimatların hazırlanması;
- İstifadəçi təlimatlarının hazırlanması.
Tələblər:
- Ali təhsil (Maliyyə və mühasibatlıq təhsili üstünlük verilir);
- Yüksək analitik təhlil və doğru tələb formalaşdırma bacarığı;
- Operativ qərarvermə bacarığı və punktuallıq;
- Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı;
- 1C program təminatı məhsulları iş təcrübəsi;
- Eskiz tərtbibatı alətləri ilə iş təcrübəsi;
- MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyə Excel biliyi üstünlükdür);
- SQL bilikləri (təməl səviyyə);
- Dil bilikləri: Azərbaycan dili (əla) | Rus (əla) | İngilis dili (texniki);
- Proqram təminatı layihələrində minimum 2 il biznes analitik təcrübəsi;
- Proqram təminatının hazırlanması mərhələləri və onlara dair biliklər;
- Müasir texnologiyalar və trendlərdən xəbərdar olmaq;
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı, şifahi ünsiyyət qurmaq bacarığı.
Əmək haqqı: 2000-2500 AZN
Əlaqə: Müraciət üçün CV-nizi [email protected] ünvanına (mövzu hissəsində “ERP və Analitika üzrə mütəxəssis” yazaraq) göndərməyiniz xahiş olunur.