Turban Moda
HR Menecer
Son tarix 30 yan 2024 - [email protected]
Əmək haqqı: 800 AZN NET
Öhdəliklər:
- İnsan Resurslarına dair prosedurların hazırlanması və izlənilməsi;
- İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
- KPI üzrə mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsi;
- Şirkətin bütün struktur bölmələrində iş analizlərinin aparılmasının təmin edilməsi;
- Adaptasiya proqramlarının hazırlanması və həyata keçirilməsi;
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və birbaşa rəhbərin əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət;
- Aylıq hesabatların hazırlanması və təqdimatı.
- Şirkət tərəfindən müxtəlif sahələr üzrə xidmətlərdən istifadə edilməsi üçün xidməti təqdim edən müəssisələrlə mülki-hüquq müqavilələrin hazırlanmasını təmin etmək və hazırlanmış müqavilələrin düzgünlüyünə nəzarət etmək.
Tələblər:
- İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi və 1 il idarəçilik təcrübəsi;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək; Ingilis dili arzuolunandır
- ƏMAS, MS Excel və 1C proqramlarında sərbəst işləmək bacarığı;
- Beynəlxalq İR sertifikatlarına sahib olan namizədlərə üstünlük veriləcək;
- Vahid komandada işləmək, çevik komanda qurmaq bacarığı, liderlik xüsusiyyətlərə malik olmaq.
Həmçinin vacibdir:
- Çevik və analitik düşünmə qabiliyyətinə malik olmaq, yenilikçi və yaradıcı olmaq;
- Məqsədləri müəyyən etmək və onlara nail olmaq üçün taktika və strategiyanı düzgün təsvir etmək;
- İdeya və fikirləri şifahi və açıq şəkildə aydın, düzgün və səlis şəkildə izah etmək və çatdırmaq;
- Müxtəlif situasiyalarda müstəqil qərarlar vermək bacarığı.
Müraciət üçün: Materialları (CV və maraq məktubu), mövzu bölməsinə vakansiyanın adını “İnsan resursları üzrə menecer” qeyd edərək elektron poçt ünvanına göndərilməsi tələb olunur.
(Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Müsabiqə müvafiq prosedura uyğun keçiriləcək).