TuranBank ASC
İnformasiya Təhlükəsizliyi – İnsidentlərin İdarə Edilməsi üzrə kiçik mütəxəssis
Son tarix 29 okt 2025 - Müraciət et
Vəzifə və Öhdəliklər:
- Təhlükəsizlik insidentlərini vaxtında aşkarlamaq, təhlil etmək və cavablandırmaq;
- SIEM, EDR, XDR və digər təhlükəsizlik alətlərini idarə etmək və monitorinq aparmaq;
- İnsidentlərin səbəbini təhlil etmək və sənədləşdirmək.
- Təhlükəsizlik insidentlərinə cavab vermə playbook-larını və prosedurlarını hazırlamaq və aktual saxlamaq;
- İT və biznes komandaları ilə əməkdaşlıq edərək şirkətin təhlükəsizlik səviyyəsini yüksəltmək;
- Gündəlik monitorinq və log analizlərinin aparılması;
- L1, L2 və L3 monitorinq növbələrini izləmək, lazımi hallarda eskalasiya proseslərini koordinasiya etmək;
- Mərkəzi Bank və beynəlxalq tənzimləyici qurumların hesabat tələblərinə uyğun insident hesabatlarını hazırlamaq;
- İnsident zamanı texniki dəstək göstərmək və əlavə məlumat toplamaq;
- Təhlükəsizlik təlimləri və maarifləndirmə fəaliyyətlərində iştirak etmək;
- Daxili hesabatlar hazırlamaq və insidentlərin qarşısını almaq üçün tədbirlər görmək.
Bilik və Bacarıqlar:
- Ali təhsil – İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri və ya əlaqəli sahə;
- IR (Incident Response) və təhdid araşdırmaları üzrə sübut olunmuş təcrübə (1-3 il);
- Təhlükəsizlik əməliyyatları, hücum vektorları və müdafiə üsulları haqqında güclü anlayış;
- Ümumi təhlükəsizlik çərçivələri və standartları (MITRE ATT&CK, NIST, ISO 27001 və s.) haqqında bilik;
- Sertifikatlar (CompTIA Security+, CySA+, CCNA Security və s.) arzuolunandır;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Effektiv ünsiyyət və sənədləşdirmə bacarıqları;
- Namizəd şəbəkə və server infrastrukturu (Windows, Linux, Active Directory, VPN, DNS), şəbəkə təhlükəsizliyi, TCP/IP, firewall, kriptoqrafiya və təhlükəsizlik tətbiqləri üzrə ilkin biliklərə və əsas anlayışa malik olmalıdır;
- Zərəvericilik və zəiflik qiymətləndirməsi üzrə təcrübə (NMAP, zəiflik skannerləri və s.);
- Bulud əsaslı təhlükəsizlik alətləri (məsələn, Azure Sentinel, AWS Security Hub) ilə işləmə bacarığı;
- Azərbaycan, ingilis və rus dilləri səviyyəsi (orta və yuxarı).
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
İnformasiya Təhlükəsizliyi – Monitorinq Şöbəsi üzrə kiçik mütəxəssis
Son tarix 29 okt 2025 Müraciət et
Vəzifə və Öhdəliklər:
- Şəbəkə və infrastrukturun gündəlik monitorinqini aparmaq və potensial təhdid və anomaliyaları vaxtında müəyyən etmək;
- İstifadəçilərin və administratorların giriş və səlahiyyətlərini izləmək;
- SIEM, DLP, WAF, antivirus və digər təhlükəsizlik alətlərindən istifadə edərək anormal fəaliyyətləri aşkarlamaq;
- Zəifliklərin aşkarlanması və aradan qaldırılması üçün İT komandası ilə koordinasiya etmək;
- Rəqəmsal infrastruktur üzrə təhlükəsizlik monitorinqi aparmaq və hesabatlar hazırlamaq;
- Maliyyə sistemlərinin təhlükəsizliyini təmin etmək üçün yerli bank qanunvericiliyinə uyğunluğunun monitorinqini aparmaq;
- Təhlükəsizlik alətlərinin sazlanması və təkmilləşdirilməsində dəstək göstərmək;
- Təhlükəsizlik insidentlərinin ilkin məlumatlarını toplamaq və sənədləşdirmək;
- Monitorinq prosesi üzrə playbook və prosedurların hazırlanması və aktuallaşdırılması;
- Təhlükəsizlik təlimləri və maarifləndirmə fəaliyyətlərində iştirak etmək.
Bilik və Bacarıqlar:
- Ali təhsil – İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsində;
- Infosec və ya İT sahəsində ən azı 1-2 il iş təcrübəsi;
- Windows, Linux əməliyyat sistemləri üzrə bilik;
- Namizəd şəbəkə təhlükəsizliyi, əsas şəbəkə protokolları (TCP/IP), firewall sistemləri, kriptoqrafiya prinsipləri və ümumi şəbəkə infrastrukturu üzrə ilkin biliklərə malik olmalıdır;
- Logların idarə olunması və təhlili bacarığı;
- SQL və Microsoft Office üzrə işləmə bacarığı;
- Analitik düşüncə və problemləri vaxtında həll etmə bacarığı;
- Komanda ilə işləmək, ünsiyyət və koordinasiya bacarığı;
- Stresə dözümlü olmaq və detallara diqqət yetirmək bacarığı;
- Kiber təhdidlərin (məsələn, DDoS, ransomware, APT) xüsusiyyətləri və müdafiə üsulları haqqında anlayış;
- Azərbaycan, ingilis və rus dilləri səviyyəsi (orta və yuxarı).
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan link-ə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.