TuranBank ASC
Junior and Middle Android developer
Son tarix 29 avq 2025 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Yeni proqram təminatlarının hazırlanması
- Mövcud proqram təminatlarının təkmilləşdirilməsi
- İş rejimi həftənin 5 günü, (09:30 – 18:30) yaxud (09:00-18:00)
Namizədə tələblər.
- Müvafiq sahədə ali təhsil (tətbiqi riyaziyyat, informatika, kompüter elmləri və s.);
- Minimum 1 il təcrübə;
- Azərbaycan dili, İngilis dili (texniki səviyyədə);
- OOP prinsipləri üzrə biliklər;
- Kotlin dili üzrə yüksək səviyyədə biliklər;
- MVVM, MVI, MVP kimi pattern-lər üzrə təcrübə;
- FCM, Retrofit, RxJava, Coroutines üzrə təcrübə;
- Gradle üzrə bilklər;
- Google play console ilə işləmə bacarığı;
- Clean code prinsiplərini işləmə bacarığı;
- Animasiya ilə işləmə bacarığı (Property animation, View animation, Lottie animation və s);
- APİ-larla iş təcrübəsi;
- Firebase servisləri ilə iş təcrübəsi
- Git və Versiya kontrol sistemi ilə işləmə bacarığı;
- Ümumi alqoritm qurma bacarığı;
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Əməliyyat Sistemlərinin və Sistem Proqramlarının İdarə Edilməsi bölməsinin mütəxəssisi
Son tarix 29 avq 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Yeni texnoloji sistemlərin quraşdırılması və sazlanması
- Mövcud server infrastrukturunun dəstəklənməsi
- Serverlərin, sistemlərin və digər avadanlıqların monitorinqi
- Məlumatların arxivləşdirilməsinin həyata keçirilməsi
- Yeni texnoloji sistemlərə tələblərin araşdırılması
Namizədə tələblər:
- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.)
- Azərbaycan dilində səlis danışıq
- İngilis və Rus dili bilikləri (orta səviyyədə)
- Windows server əməliyyat sisteminin idarəedilməsi üzrə nəzəri və praktiki biliklər
- Linux əməliyyat sistemləri üzrə nəzəri və praktiki biliklər
- Routing, VLAN, VPN, DNS, Active Directory, Group Policy, İİS, WSUS, Terminal Services, Mail server və.s üzrə nəzəri və praktik biliklər
- Virtuallaşdırma texnologiyaları (VMware vSphere, ESXi) üzrə nəzəri və praktiki biliklər
- Məlumatların, sistemlərin və avadanlıqların arxivləşdirilməsi üzrə nəzəri və praktik biliklər
- Storage avadanlıqları ilə işə dair nəzəri biliklər
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
Vakansiyaya TuranBank ASC-nin Müraciət Et düyməsində “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Daxili Nəzarət Departamenti, Kreditlərin monitorinqi şöbəsi, mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssis
Son tarix 29 avq 2025 Müraciət et
Vəzifəyə olan tələblər:
- Yaş həddi: 25-40
- Ali iqtisadi təhsil;
- Bank sahəsi üzrə 3 illik iş təcrübəsi (mikro və biznes kreditləri sahəsi üzrə);
- Analitik təhlil və düşünmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində biliyə sahib olmalı;
- Biznes və İstehlak kreditlərinin qiymətləndirilməsi üzrə bacarıqlar;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır;
- Yüksək ünsiyyət qurma bacarığı;
- Yazılı və şifahi formada yüksək formada fikrini izah edə bilmə;
- Mütəmadi ezamiyyətlərdə olmaq;
- Dəqiqlik, detallara qarşı diqqətlilik.
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən təsdiqlənmiş plana uyğun olaraq kredit layihələrinin monitorinqi;
- Filiallar tərəfindən verilmiş kreditlər üzrə planlı və növbədənkənar monitorinqlərin aparılması;
- Kredit portfelinin müxtəlif indiqatorlar üzrə təhlil edilməsi;
- Girov qismində rəsmiləşdirilən təminatların qiymətləndirilməsi;
- Monitorinqin nəticələrinə əsasən rəy və hesabatların hazırlanması;
- Aşkarlanmış risk faktorlarının qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi.
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.