TuranBank ASC
Maliyyə İnstitutları və Ticarətin Maliyyələşdirilməsi Şöbəsinə mütəxəssis / baş mütəxəssis
Son tarix 25 fev 2025 - Müraciət et
Vəzifə Öhdəlikləri:
- 
	
Bankın maliyyə institutları ilə əlaqələrini idarə etmək, maliyyə məhsulları və xidmətləri barədə təhlil aparmaq.
 - 
	
İnvestisiya maliyyələşdirilməsi sahəsində müəssisənin fəaliyyətini dəstəkləmək və yeni maliyyələşdirmə imkanlarını araşdırmaq.
 - 
	
Maliyyə bazarlarını və müvafiq maliyyə institutlarını analiz edərək, şirkət üçün optimal maliyyələşdirmə modelləri təklif etmək.
 - 
	
Müxtəlif investisiya layihələri üzrə maliyyə analizləri aparmaq, riskləri qiymətləndirmək və investisiya strategiyalarını inkişaf etdirmək.
 - 
	
Bankın ümumi maliyyə institutları ilə əlaqələrini möhkəmləndirmək və yeni əməkdaşlıq imkanları yaratmaq.
 
Vəzifə Tələbləri:
- 
	
Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə).
 - 
	
Maliyyə analizləri, investisiya idarəçiliyi sahəsində ən azı 1-3 il iş təcrübəsi.
 - 
	
Güclü analitik düşünmə və statistik təhlil qabiliyyəti.
 - 
	
Maliyyə bazarları, risk idarəçiliyi və ticarət maliyyələşdirilməsi üzrə biliklər.
 - 
	
Yüksək analitik düşünmə və strateji qərar qəbul etmə qabiliyyəti.
 - 
	
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları.
 - 
	
Azərbaycan, ingilis və rus dillərində danışıq və yazılı ünsiyyət bacarığı.
 - 
	
İnvestisiya üzrə layihələrin qiymətləndirilməsi, müvafiq bazar analizləri və iqtisadi faktorları izləmə bacarığı.
 
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Strateji Planlaşdırma Şöbəsinə menecer
Son tarix 25 fev 2025 Müraciət et
Vəzifə Öhdəlikləri:
- 
	
Bankın strateji inkişaf planlarını hazırlamaq və həyata keçirmək.
 - 
	
Əsas biznes hədəfləri və məqsədlərinə uyğun strategiyanın hazırlanması.
 - 
	
Makro və mikro iqtisadi mühitin təhlilini apararaq müvafiq bazar tendensiyaları və rəqabət analizini təqdim etmək.
 - 
	
Bankın fəaliyyətinin effektivliyini artırmaq məqsədilə yeni imkanları araşdırmaq və təkliflər hazırlamaq.
 - 
	
Müxtəlif strukturlarla əməkdaşlıq edərək, hərtərəfli fəaliyyət planlarının yaradılması və icra olunmasına nəzarət.
 - 
	
Strateji planın icrası ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
 - 
	
Təhlil və monitorinq nəticələrinə əsasən bankın strateji prioritetlərini təkmilləşdirmək və yeniləmək.
 
Vəzifə Tələbləri:
- 
	
Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Biznes və ya əlaqəli sahələr üzrə).
 - 
	
Strateji planlaşdırma və ya analitik sahələrdə ən azı 1 il iş təcrübəsi.
 - 
	
Güclü analitik düşünmə qabiliyyəti və problem həll etmə bacarığı.
 - 
	
Biznes planlaşdırılması və təhlillərin hazırlanmasında təcrübə.
 - 
	
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları.
 - 
	
MS Office (xüsusilə Excel, PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı.
 - 
	
Azərbaycan və ingilis dillərində danışıq və yazılı ünsiyyət bacarığı. (Rus dili əlavə üstünlükdür)
 - 
	
Strateji düşüncə, innovasiya və davamlı inkişaf üçün motivasiya.
 
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







