TuranBank ASC
Komplayens şöbəsində Təhlil bölməsinin mütəxəssisi / böyük mütəxəssisi
Son tarix 14 apr 2024 - Müraciət et
Əsas vəzifələr:
- Maliyyə monitorinq xidmətinə təqdim edilən məlumatların və daxil olan sorğuların hazırlanıb ötürülməsi;
- Təhlil hesabatlarının hazırlanması və qeydiyyatının aparılması;
- Müxbir banklardan daxil olan sorğuların cavablandırılması;
- Müvafiq departamentlərin qanunvericilik tələbləri üzrə suallarını cavablandırmaq, aidiyyəti məsələlər üzrə qanunvericilik sahəsində araşdırmalar aparmaq;
- Mövcud qanunvericilik tələbləri baxımından bankın mövqeyini qiymətləndirmək və potensial risklər barəsində rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək;
- Müntəzəm olaraq bank əməkdaşları üçün ÇPY/TMM və FATCA/CRS təlimlərini keçmək;
Namizədə dair tələblər:
- Təhsil: İqtisadiyyat, maliyyə və hüquq üzrə ali təhsil;
- Xarici dillər: İngilis dili və Rus dili;
- Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- İş təcrübəsi: Müştəri Xidmətlərində və ya əməliyyatlara nəzarət sahəsində ən azı 1 illik iş təcrübəsi
- Digər: Bank fəaliyyətinə dair Azərbaycan Respublikasının normativ hüquqi aktları, PL/TMM sahəsinə aid qanunvericik, eləcə də bu sahədə beynəlxalq standartlar üzrə biliklər;
- Müştərilərin bank əməliyyatları ilə bağlı praktiki biliklər;
- Analitik düşünmə, detallara fikir vermə qabiliyyəti, dəqiqlilik, məsuliyyətlilik;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı.
- CAMS sertifikatı olması arzuolunandır.
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Əməliyyat risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis/mütəxəssis
Son tarix 14 apr 2024 Müraciət et
Şəhər: Bakı
Vəzifəyə olan tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və risklərin idarə edilməsi üzrə);
- Risklərin (xüsusilə əməliyyat riskləri) idarə olunması üzrə sertifikatların olması üstünlükdür;
- Bank sektoru (nəzarət və ya əməliyyat sahəsi) üzrə minimum 1 il iş təcrübə arzuolunandır;
- Biznes proseslərinin tənzimlənməsi barədə qanunvericilik aktları və AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər;
- MS Excel, PowerPoint və Word proqramları ilə yaxşı səviyyədə işləmək qabiliyyəti;
- İngilis dili (ən azı intermediate səviyyə) rus dili (arzuolunandır);
Vəzifə öhdəlikləri:
- Əməliyyat risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
- Risk və insidentlərin idarə edilməsi sisteminin təşkili;
- Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul,xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin
- müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermədə işində iştirak edilməsi;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
- Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
- Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsində iştirak edilməsi
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək..
Bizim təkliflərimiz:
- Rəqabətli əmək haqqı
- Risk menecment karyerası üzrə inkişaf etmək imkanları
- Beynəlxalq Risk menecment treninqlərində iştirak etmək imkanları
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Kredit risklərinin idarəedilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
Son tarix 14 apr 2024 Müraciət et
Şəhər: Bakı
Vəzifəyə olan tələblər:
- Bakalavr (Risk menecment,maliyyə,iqtisadiyyat,ekonometrika və s. oxşar sahələr);
- Kredit riskləri və ya digər müvafiq sahədə 1-3 il iş təcrübəsi və daha çox;
- Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
- Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmağı;
- Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
- Stress altında işləmə qabiliyyəti;
- MS Office (Excel/Word/Powerpoint) yüksək səviyyədə bilmək;
- Ekonometrika,statistik analitika haqqında biliklər arzuolunandır;
- İngilis dili (ən azı intermediate səviyyə) rus dili (arzuolunandır);
- FRM,PRM üzrə hər hansı mərhələni keçən namizədlərə üstünlük veriləcək;
- Risk menecmentlə bağlı digər sertifikatları olan namizədlərə (CERM və s.) üstünlük veriləcək;
- VBA, R, Power BI üzrə biliklər arzuolunandır;
Vəzifə öhdəlikləri:
- Kredit risklərinin müəyyənləşdirilməsi,qiymətləndirilməsi, və ölçülməsində iştirak etmək, müvafiq təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Kredit risklərinin ölçüməsi ilə bağlı metod və modellərin təkmilləşdirilməsi və hesabatlılığını təmin etmək;
- Kredit reytinq və skorinq sistemlərinin yaradılması və fəaliyyətinin qiymətləndirilməsində iştirak etmək;
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
- Kredit risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Kredit riskinin Mərkəzi Bank və bankdaxili qaydalara əsasən nəzarət edilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.
Bizim təkliflərimiz:
- Rəqabətli əmək haqqı
- Risk menecment karyerası üzrə inkişaf etmək imkanları
- Beynəlxalq Risk menecment treninqlərində iştirak etmək imkanları
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.