TuranBank ASC
Hesabat və Statistika şöbəsinin mütəxəssisi
Son tarix 08 avq 2024 - Müraciət et
Öhdəliklər:
- Mərkəzi Bank, Statistika və digər qurumlara aylıq, rüblük və illik hesabatlarının hazırlanması
- Ödəniş statistikası (ÖS) və Tədiyyə Balansı hesabatı (TB) ilə bağlı təcrübənin olması üstünlükdür
- Bankdaxili hesabat və sorğularının vaxtında cavablandırılması
- Maliyyə məlumatlarının təhlil edilməsi və nəticələrin araşdırılması
- Daxili hesabat sisteminin inkişafına töhfə vermək və prosesin davamlı olaraq təkmilləşdirilməsinə dəstək olmaq
- Şöbənin funksiyasından irəli gələn digər işlər
Tələblər:
- Ali təhsil
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis və rus dili
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
- Analitik düşünmə qabiliyyət və iri həcmli məlumatlar ilə işləmə bacarığı
- Məsuliyyətlilik, operativlik və dəqiqlik
- Komanda ilə işləmək bacarığı
- Beynəlxalq təcrübə tələb edən digər bilik və keyfiyyətlər (ACCA arzu olunandır)
- Kompüter bilikləri: Excel, Word və digər ofis proqramları.
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.