TuranBank ASC
Biznes analitik (Proseslərin təhlili və optimallaşdırılması şöbəsinin mütəxəssisi)
Son tarix 13 iyl 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Biznes proseslər üzrə mövzud vəziyyətin müəyyən olunması, sənədləşdirilməsi;
- Biznes proseslərin cari vəziyyətinin təhlili və optimallaşdırma imkanlarının müəyyən edilməsi;
- Proseslər üzrə gələcək vəziyyətin dizaynı;
- Biznes prosesləri üzrə əsas performans göstəricilərinin müəyyən olunması;
- Proses sınaqlarının həyata keçirilməsində iştirak;
- Dəyişiklik edilmiş biznes prosesin maraqlı tərəflərlə müzakirəsinin həyata keçirilməsi;
- Biznes proses dəyişikliklərinin tətbiq edilməsi prosesində iştirak;
- Mövcud biznes tələbləri əsasında informasiya sistemlərinin inkişaf etdirilməsi üçün maraqlı tərəflərlə müzakirələr aparmaq;
- Biznes tələblərə əsasən informasiya sistemlərində ehtiyac olan funksional imkanları və onların işləmə məntiqini araşdırmaq, detallı təhlillərin aparmaq və optimal həllər təklif etmək;
- Hazırlanacaq informasiya sistemləri, proqram modulları və ya yeni funksional imkanlar üçün texniki tapşırıqlar hazırlamaq;
- Biznes tələblərinə əsasən hazırlanmış texniki tapşırıqları proqramlaşdırma komandası ilə müzakirə etmək və razılaşdırmaq;
- Proqramlaşdırma komandası və biznes strukturları arasında əlaqələndirməni həyata keçirmək;
- Sistem sınaqlarında və sistemin tətbiqi prosesində iştirak etmək;
- Proqram təminatının həyata dövrü boyunca inkişaf layihələrində iştirak etmək;
- İcra edilmiş işlər və onların nəticələri barədə hesabatlar tərtib etmək.
Tələb olunan biliklər:
- Ali təhsilli (iqtisadi və ya texnoloji istiqamətdə);
- Azərbaycan dili (səlis) və ingilis dili (texniki səviyyədə) bilikləri;
- Güclü analitik və alqoritmik təhlil bacarığı;
- Bank məhsulları haqqında biliklər;
- Bank sistemləri, BPM(Business Process Management) ilə bağlı biiliklər;
- BPM üzrə sənədləşməyə dair biliklər və təcrübə.
- Bank sistemləri, verilənlər bazaları, proqramlaşdırmaya dair ümumi biliklər;
- Relyasiyalı verilənlər modeli və SQL haqqında biliklər;
- Bank işi üzrə minimum 1 il təcrübə.