TuranBank ASC
Komplayens şöbəsində kiçik mütəxəssis, mütəxəssis / aparıcı mütəxəssis
Son tarix 10 iyl 2024 - Müraciət et
Əsas vəzifələr:
- Maliyyə monitorinq xidmətinə təqdim edilən məlumatların və daxil olan sorğuların hazırlanıb ötürülməsi;
- Bankın struktur bölmələrindən daxil olan və həmçinin avtomatlaşdırılmış indikatorlar vasitəsi ilə şübhəli və qeyri-adi halların araşdırılması;
- Şübhəli və qeyri-adi əməliyyatların nəticəsi barədə hesabatın hazırlanması;
- Müxbir banklardan daxil olan sorğuların cavablandırılması;
- Müvafiq departamentlərin qanunvericilik tələbləri üzrə suallarını cavablandırmaq, aidiyyəti məsələlər üzrə qanunvericilik sahəsində araşdırmalar aparmaq;
- FATCA/CRS üzrə məlumatların toplanması, email və nəzarət olunması;
Namizədə dair tələblər:
- Təhsil: İqtisadiyyat, maliyyə və hüquq üzrə ali təhsil;
- Xarici dillər: İngilis dili və Rus dili ;
- Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- İş təcrübəsi: Müştəri Xidmətlərində və ya əməliyyatlara nəzarət sahəsində ən azı 1 illik iş təcrübəsi
- Digər: Bank fəaliyyətinə dair Azərbaycan Respublikasının normativ hüquqi aktları, PL/TMM sahəsinə aid qanunvericik, eləcə də bu sahədə beynəlxalq standartlar üzrə biliklər;
- Müştərilərin bank əməliyyatları ilə bağlı praktiki biliklər;
- Analitik düşünmə, detallara fikir vermə qabiliyyəti, dəqiqlilik, məsuliyyətlilik;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı.
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.