TuranBank ASC
İnsitusional Bankçılıq və Marketinq Departamentinin Direktoru (direktor müavini)
Son tarix 13 iyn 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, bankın bazarda təqdim etdiyi xidmətlər üzrə media fəaliyyətlərini koordinasiya etmək;
- Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
- Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
- Rəqabət analizi və təhlillərin aparılmasını təmin etmək;
- Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesini təşkil etmək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Şirkətin strateji marketinq planının hazırlanması və icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
- Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
- Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini
Vəzifəyə qarşı tələblər:
- Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
- Marketinq sahəsində 3-5 il iş təcrübəsi mütləqdir;
- Azərbaycan və Rus dilləri sərbəst, ingilis dili arzuolunandır;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
- Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
- Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
- Komandada işləmə və komandanı idarəetmə;
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.