TuranBank ASC
Kredit risklərinin idarəedilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
Son tarix 25 yan 2024 - Müraciət et
Şəhər: Bakı
Vəzifəyə olan tələblər:
- Bakalavr (Risk menecment,maliyyə,iqtisadiyyat,ekonometrika və s. oxşar sahələr);
- Kredit riskləri və ya digər müvafiq sahədə 1-3 il iş təcrübəsi və daha çox;
- Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
- Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmağı;
- Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
- Stress altında işləmə qabiliyyəti;
- MS Office (Excel/Word/Powerpoint) yüksək səviyyədə bilmək;
- Ekonometrika,statistik analitika haqqında biliklər arzuolunandır;
- İngilis dili (ən azı intermediate səviyyə) rus dili (arzuolunandır);
- FRM,PRM üzrə hər hansı mərhələni keçən namizədlərə üstünlük veriləcək;
- Risk menecmentlə bağlı digər sertifikatları olan namizədlərə (CERM və s.) üstünlük veriləcək;
- VBA, R, Power BI üzrə biliklər arzuolunandır;
Vəzifə öhdəlikləri:
- Kredit risklərinin müəyyənləşdirilməsi,qiymətləndirilməsi, və ölçülməsində iştirak etmək, müvafiq təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Kredit risklərinin ölçüməsi ilə bağlı metod və modellərin təkmilləşdirilməsi və hesabatlılığını təmin etmək;
- Kredit reytinq və skorinq sistemlərinin yaradılması və fəaliyyətinin qiymətləndirilməsində iştirak etmək;
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
- Kredit risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Kredit riskinin Mərkəzi Bank və bankdaxili qaydalara əsasən nəzarət edilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.
Bizim təkliflərimiz:
- Rəqabətli əmək haqqı
- Risk menecment karyerası üzrə inkişaf etmək imkanları
- Beynəlxalq Risk menecement treninqlərində iştirak etmək imkanları
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.