TuranBank ASC
Risklərin İdarə Edilməsi Departamenti, Əməliyyat risklərinin idarə edilməsi şöbəsi, Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Son tarix 17 okt 2024 - Müraciət et
Vakansiya: Risklərin İdarə Edilməsi Departamenti, Əməliyyat risklərinin idarə edilməsi şöbəsi, Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
- İngilis Rus dil bilikləri əlavə üstünlükdür;
- Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlülük;
- MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İşin təsviri:
- Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
- Əməliyyat risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə mövcud metodolgiyanın tətbiqi və inkişaf etdirilməsi;
- Əməliyyat risklərinin idarə olunması prosesində risklərin azaldılması, ötürülməsi və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
- Yeni xidmət və məhsullar, qayda və prosedurlar, biznes proseslər üzrə risk əsaslı rəylərin verilməsində iştirak;
- İnsidentlərin bazasının, eləcə də itki məlumat bazasının təkmilləşdirilməsi və tətbiqinin təşkili;
- Əməliyyat risklərinin idarə edilməsi üzrə əsas risk indikatorlarına (KRİ) dair məlumatların toplanaraq təhlil olunması və müvafiq forma üzrə hesabatlığın təşkili;
- Əməliyyat risklərinin idarə edilməsi üçün Daxili audit yoxlamalarının nəticələrinin, Daxili nəzarət hesbatlarının və digər məlumatların araşdırılmasında iştirak etmək;
- RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesinin qrulmasına dəstək olmaq;
- Risk sorğularının təşkili və risk xəritəsinin təkmilləşdirilməsinə dəstək olmaq;
- Risk iştahının hazırlanmasında iştirak etmək;
- Fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda https://hr.turanbank.az/home qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.