Trade Services
Tender üzrə mütəxəssis
Son tarix 17 okt 2024 - [email protected]
Şirkət: Trade Services MMC
Tender üzrə mütəxəssis axtarılır
Vəzifə və öhdəliklər:
- Dövlət satınalmaları və özəl sektorda tender üzrə elanları daimi izləmək, həmin satınalamalar barədə rəhbərliyə daimi məlumat hazırlamaq;
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması
- Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesi zamanı şirkətin təmsil olunması;
- Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
- Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
Tələblər:
- Ali təhsil (İqtisadi təhsilin olması üstünlükdür);
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
- MS Office (Word, Excel),1C yüksək səviyyədə bilmək;
- Dil bilikləri: Azərbaycan dili-mükəmməl,rus dili-əla və ingilis dili-əla
- Komanda ilə işləmək bacarığı;
- Effektiv ünsiyyət,çeviklik,məsuliyyətlililk, intizamlıq.
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
İş qrafiki: I-V günlər, 09:00-18:00
Əmək haqqı: Müsahibə yolu ilə
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Tender üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.