Toyota - Bakı Mərkəzi
Mühasib
Son tarix 07 mar 2023 - [email protected]
Namizədə tələblər:
- 27 - 35 yaş
- Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı
- Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Komandada işləmək bacarığı olan
- Ali təhsil - İqtisadiyyat,maliyyə,riyaziyyat,mühasibatlığı bitirənlərə üstünlük veriləcək
- Mühasibat sahəsində ən azı 3 ildən az olmayaraq topdan,pərakəndə və istehsalat sahəsində iş təcrübəsi
İş barədə məlumat:
- 1C 8.3 Proqram təminatı və Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli
- Dil biliyi: Azərbaycan dili və Rus dili səlist, İngilis dili arzuolunandır
- Vergi Məcəlləsi, Mülki Məcəllə, Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları üzrə nəzəri və praktiki biliklər
- Vergi, maliyyə və statistik hesabatların hazırlanması (ƏDV,ÖMV,MZHH, PVHH,Balans, Statistika,Vahid)
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, mal hərəkətinin uçotu və inventarizasiyası, ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Vergi qanunvericiliyinə uyğun olaraq hesabatların, sənədlərin yoxlanılması və nəzarətdə saxlanılması
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Əmək haqqı, məzuniyyət, xəstəlik, mükafat və s. hesablanması
- Görülən işlər üzrə həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi, ortaya çıxa biləcək vergi və maliyyə riskləri üzrə təhlillər aparmaq və hesabat şəklində təqdim etmək
- Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi
Maaş 1500-2000 azn
İş qrafiki: 10:00-18:00
Şənbə günü - qısa gün (10:00-15:00)
İstirahət günləri: hər həftənin bazar günləri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Mühasib” və ad, soyad qeyd edərək elektron ünvanına göndərə bilərlər.