TLC Group
Logistika üzrə mütəxəssis
Son tarix 20 iyn 2024 - [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil (İqtisadiyyat, Beynəlxalq Əlaqələr və Biznesin İdarə edilməsi üzrə,Nəqliyyat və Logistika);
- Azərbaycan, İngilis və Rus dillərini bilməsi;
- Microsoft Office proqramları;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı;
- Stressə davamlılıq;
- Hesabat hazırlama bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
- Xarici idxal-ixrac qanunvericiliyini bilmək.
Əsas vəzifə və öhdəliklər:
- Beynəlxalq Logistika işinin təşkili və idarə edilməsi;
- Beynəlxalq yüklərin daşınmasına yerində nəzarət etmək və optimal nəqliyyat şirkətlərinin seçilməsini təmin etmək;
- Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
- Təchizatçılarla görüşmək;
- Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) üçün müraciətin edilməsi;
- Görülən işlərin hesabatını hazırlamaq.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Sınaq müddəti- 3 ay;
- İş saatı 9:00-18:00-dək; 5 günlük iş rejimi;
- Əmək haqqı NET 1000 azn+bonus
Uyğun namizədlərdən CV-lərini başlıq hissəsinə “Logistika üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur. Qeyd edək ki, CV-lərə mərhələli şəkildə baxılır və yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.